Yeni təhlükəsizlik konfiqurasiyası və qlobal enerji dəhlizi

Memarı Ümummilli lider Heydər Əliyev olan müasir Azərbaycan Respublikasının  təkcə milli və regional səviyyədə deyil, həm də dünya enerji sistemində getdikcə həlledici faktora çevrilməsi, transmilli enerji bazarlarında özünəməxsus yer tutması və Avropanın enerji təhlükəsizliyində fəal iştirakı onun regional və planetar geosiyasi, geoiqtisadi mövqeyinin möhkəmlənməsinə xüsusi təsir göstərməkdədir. Ümummilli Lider Heydər Əliyevin ölkə iqtisadiyyatının inkişafında neft amilinə xüsusi önəm verməsi də bizim bu günümüzə hesablanmış mühüm addımlar sırasındadır. Belə ki, tarixə “Əsrin müqaviləsi” kimi daxil olan beynəlxalq neft sazişi Azərbaycanın bugünkü reallıqlarının əsasını qoymuşdur.

Son 20 ildə çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri reallığa çevrilmişdir. Həmçinin əməkdaşlığın coğrafiyası genişlənmiş və bu istiqamətdə başlanğıc kimi dəyərləndirilən “Cənub Qaz Dəhlizi”nin rəsmi açılışı olmuşdur. Artıq iki ildir istifadəyə verilən Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın Avropa məkanında artan nüfuzunun göstəricisidir. Dövlət başçısı İlham Əliyev fevralın 13-də “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində bu mühüm addımın Azərbaycana qazandıracaq uğurlardan geniş bəhs edərək bildirdi ki, təxminən 1300 meqavat gücündə olan stansiya ölkəmizin enerji potensialını daha da gücləndirəcək. Bu, Azərbaycanın enerji təhlükəsizliyinə verilən növbəti töhfə olacaq. Azərbaycan öz imkanlarından tam istifadə edərək həm daxili tələbatını ödəyəcək, həm də elektroenergetika, təbii qaz sahəsində daha böyük addımlar atacaq. Hazırda Avropa məkanında Azərbaycan qazına böyük tələbat olduğu üçün bu stansiya, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaq. Bununla da Mingəçevir şəhərinin nəinki Azərbaycanın, bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır.

Ümumiyyətlə, Azərbaycanın enerji potensialının möhkəmləndirilməsində müstəsna xidmətləri olan ümummilli lider Heydər Əliyevin elektrik energetikası sahəsində həyata keçirdiyi möhtəşəm quruculuq işləri bu gün yeni bir vüsətlə davam etdirilir. Hazırda iqtisadiyyatı gündən-günə inkişaf edən, enerji sisteminin dayanıqlığı getdikcə artan ölkəmizdə yeni generasiya gücləri tikilib istifadəyə verilir.  Təkcə bu rəqəmi qeyd etmək kifayətdir ki, son 20 ildə Azərbaycanda 34 elektrik stansiyası inşa edilib ki, onların generasiya gücü təqribən 3400 meqavata bərabərdir. Yeni stansiyanın 2025-ci ildə açılışının hədəflənməsi də ölkəmizin bu sahədə imkanlarının təqdimatında əhəmiyyətli rol oynayır.  Bu da Azərbaycanı yaxın illərdə elektrik enerjisinin ixrac potensialını ildən-ilə artıran ölkəyə çevirəcəkdir.

İşğaldan azad olunmuş ərazilərdə aparılan tikinti-quruculuq işlərində elektroenergetika sahəsinin daha geniş vüsət alması da bu sahəyə olan diqqətin bariz nümunəsidir. Belə ki, ötən iki ildən artıq dövrdə  Şərqi Zəngəzur bölgəsində 50 meqavatdan çox generasiya gücü yaradılıb və bu rəqəm  ilin sonuna qədər 200 meqavata çatdırılacaq.  Şərqi Zəngəzurun və Qarabağın böyük hidroenergetika potensialı imkan verəcək ki, həmin bölgələrdə 500 meqavata qədər generasiya gücləri yaradılsın.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

Azərbaycanın potensialı, o cümlədən yaşıl enerji potensialı Avropa üçün yeni imkanlar açacaqdır

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Prezident İlham Əliyevin uğurla yürütdüyü, düzgün istiqamətdə seçilmiş xarici dövlət strategiyası nəticəsində Azərbaycan etibarlı strateji tərəfdaş kimi dünyada enerji təhlükəsizliyinin təmin olunmasında böyük önəm daşıyan ölkəyə çevrilmişdir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili, xarici siyasət kursunun uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olub. Xüsusilə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və yüksək beynəlxalq nüfuza malik olan aktora çevrilib. Azərbaycan son illər ərzində Prezident İlham Əliyevin uğurlu siyasəti sayəsində hərtərəfli inkişaf yolu keçib. Azərbaycan enerji təhlükəsizliyi baxımından Avropa ölkələri üçün böyük əhəmiyyət kəsb edən strateji tərəfdaşdır.

Prezident İlham Əliyev fevralın 13-də Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxış edərək bildirmişdir ki, ölkəmizin enerji potensialı böyük dərəcədə güclənəcək və Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmi daha da artacaq. 2025-ci ildə Mingəçevir şəhərində yeni 1280 meqavat gücündə elektrik stansiyasının açılışı olacaq. Mingəçevir hazırda elektroenergetika sahəsində bizim əsas şəhərimizdir. Mingəçevirdə fəaliyyət göstərən elektrik stansiyası bu gün ölkəmizin elektrik enerjisinə ehtiyacının böyük hissəsini ödəyir.

Qeyd edək ki, Azərbaycanın potensialı, o cümlədən yaşıl enerji potensialı Avropa üçün yeni imkanlar açacaqdır. Bu da ölkəmizin böyük enerji daşıyıcısı olan dövlətə çevrilməsinə də böyük imkanlar yaradacaqdır.

Bu lahiyədə İtaliya şirkətlərinin xüsusi çəkisi vardır. İtaliya Azərbaycanın strateji tərəfdaşıdır və İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır.

Dövlət başçısı bildirmişdir ki, energetika sahəsində İtaliya ilə əməkdaşlıq ənənəvi xarakter daşıyır. Azərbaycan neftinin böyük hissəsi İtaliya bazarına çatdırılır və iki ildən artıqdır ki, Azərbaycan qazı İtaliya bazarına çatdırılır. TAP layihəsi birgə uğurumuzdur. Cənub Qaz Dəhlizinin başlanğıcı Azərbaycanın Xəzər dənizindəki sektorudursa, bunun son məntəqəsi İtaliyadır və yol boyunca bir neçə ölkə Azərbaycan qazından faydalanır.

Artıq bu gün Azərbaycan bölgədə neft-qaz, enerji ixracatçısı kimi və lider dövlət olaraq etibarlı strateji tərəfdaş mövqeyini nümayiş etdirir. Azərbaycanın gündən-günə artan qüdrəti müstəqil dövlətimizin parlaq gələcəyinə və ölkəmizin çiçəklənməsinə çox böyük zəmin yaradır. Azərbaycanın dünya iqtisadiyyatına uğurlu inteqrasiyası ölkəmizin parlaq gələcəyini şərtləndirən vacib amillərdən biridir.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

 

İqtisadiyyatını düzgün əsaslar üzərində quran Azərbaycan dayanıqlı inkişafı ilə daim dünyanın diqqətindədir.

Ulu öndər Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə önəm verməsi bugünümüzə hesablanmış mühüm addımları sırasındadır. Çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin reallığa çevrilməsi ilə regional əməkdaşlığın aparıcı qüvvəsinə çevrilən ölkəmiz, eyni zamanda, dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi nüfuz qazandı. İllər keçdikcə əməkdaşlığın coğrafiyasının genişlənməsi, Azərbaycanın yeni dostlar, tərəfdaşlar qazanması enerji diplomatiyamızın uğurlarında da özünün aydın ifadəsini tapdı. Artıq iki ildir istifadəyə verilən Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın Avropa məkanında artan nüfuzunun göstəricisidir. Dövlət başçısı İlham Əliyev fevralın 13-də “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində bu mühüm addımın Azərbaycana qazandıracaq uğurlardan geniş bəhs edərək bildirdi ki, Mingəçevir şəhərinin nəinki Azərbaycanın, bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır. Yüzlərlə yeni iş yerləri yaranacaq. Azərbaycan öz imkanlarından istifadə edərək həm daxili tələbatını ödəyəcək, eyni zamanda, həm elektroenergetika, həm də təbii qaz sahəsində daha böyük addımlar atacaq. Hazırkı dövrdə Avropa məkanında Azərbaycan qazına böyük tələbatın olduğunu nəzərə alsaq, yeni stansiya, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaq. Cənab İlham Əliyev onu da əlavə etdi ki, Mingəçeviri nəinki Azərbaycanın, ümumiyyətlə, Qafqazın enerji mərkəzinə çevirən ulu öndər Heydər Əliyev olub. Onun rəhbərliyi və təşəbbüsü ilə 1976-cı ildə Mingəçevirdə böyük elektrik stansiyasının təməli qoyulub. Ümummilli lider Heydər Əliyevin şəxsən iştirakı ilə 1981-ci ildə böyük stansiyanın birinci blokunun açılışı olub.

2021-ci ildə Azərbaycanın Avropa İttifaqı bazarına təbii qaz ixracı 8,2 milyard kubmetr təşkil edirdisə, 2022-ci ildə bu rəqəm 11,3 milyard kubmetr olub. Cari ildə isə onun həcmi ən azı 11,6 milyard kubmetr olacaq. 2023-cü ildə Azərbaycandan ixrac ediləcək təbii qazın ümumi həcmi təxminən 24 milyard kubmetr olacaq. Müqayisə üçün 2021-ci ildə bu rəqəm 19 milyard kubmetr təşkil edib. Azərbaycan özünün qaz təchizatının coğrafiyasını Avropa bazarına qədər genişləndirir.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

 

 

Son illər ölkəmizdə elektroenergetika sahəsi çox sürətlə inkişaf edir

Hazırda hər bir ölkə üçün enerji təhlükəsizliyi məsələlərinin əhəmiyyəti daha da artır. Azərbaycanın reallığa çevirdiyi enerji layihələrini, Avropanın enerji təhlükəsizliyinə davamlı töhfələrini nəzərə alsaq, bu gün ölkəmizin dünya üçün önəmi, etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyi özünü daha aydın şəkildə nümayiş etdirəcək. Azərbaycanın, ümumilikdə iştirakçı dövlətlərin hər birinin enerji siyasətinin uğurlarına işıq salan beynəlxalq əhəmiyyətli tədbirlərdə, enerji sammitlərində Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının Azərbaycanın qarşısında açdığı geniş imkanlardan bəhs edərək bu reallığı da diqqətə çatdırır ki, ölkəmiz neft və qazla yanaşı, elektrik enerjisi ixracatçısı kimi də tanınır, nüfuz qazanır. Fevralın 13-də “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 meqavat gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi də bu kimi məqamların təqdimatında öz sözünü dedi. Belə ki, dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın uğurlarından, tərəfdaş ölkələrlə əlaqələrinin inkişafından geniş bəhs edərək belə bir əminliyi ifadə etdi ki, Mingəçevir şəhərinin nəinki Azərbaycanın, bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır. Təxminən 1300 meqavat gücündə olan stansiya ölkəmizin enerji potensialını daha da gücləndirəcək. Bu, Azərbaycanın enerji təhlükəsizliyinə verilən növbəti töhfə olacaq. Azərbaycan öz imkanlarından tam istifadə edərək həm daxili tələbatını ödəyəcək, həm də elektroenergetika, təbii qaz sahəsində daha böyük addımlar atacaq. Hazırda Avropa məkanında Azərbaycan qazına böyük tələbat olduğu üçün bu stansiya, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaq.

Son illər ölkəmizdə elektroenergetika sahəsi çox sürətlə inkişaf edir. Təkcə bu rəqəmi qeyd etmək kifayətdir ki, son 20 ildə Azərbaycanda 34 elektrik stansiyası inşa edilib ki, onların generasiya gücü təqribən 3400 meqavata bərabərdir. Yeni stansiyanın 2025-ci ildə açılışının hədəflənməsi də ölkəmizin bu sahədə imkanlarının təqdimatında əhəmiyyətli rol oynayır.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

Azərbaycan və İtaliya strateji tərəfdaş olan dost ölkələrdir

İşğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin də məhz elektroenergetika sahəsindən başlandığına diqqəti yönəldən deputat deyib: “Prezident İlham Əliyev yeni stansiyanın təməlqoyma mərasimində bu rəqəmləri açıqladı ki, tarixi Zəfərimizdən ötən iki ildən artıq dövrdə Şərqi Zəngəzur bölgəsində 50 meqavatdan çox generasiya gücü yaradılıb və bu rəqəm ilin sonuna qədər 200 meqavata çatdırılacaq. Şərqi Zəngəzurun və Qarabağın böyük hidroenergetika potensialı imkan verəcək ki, həmin bölgələrdə 500 meqavata qədər generasiya gücləri yaradılsın”.

Azərbaycan və İtaliya strateji tərəfdaş olan dost ölkələrdir. İki ölkə arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalanıb. Qarşılıqlı səfərlər, səfər çərçivəsində imzalanan sənədlər əlaqələrin yeni istiqamətlər üzrə inkişafında əhəmiyyətli rol oynayır. Sözügedən mərasimdə İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Urson “Son illər ərzində İtaliya ilə Azərbaycan arasında güclü əlaqələri möhkəmləndirən çoxsaylı və mühüm görüşlər ənənəsini daha da inkişaf etdirmək məqsədilə bu gün burada olmaqdan son dərəcə məmnunam” söyləməklə iki ölkənin hazırkı münasibətlərinin aydın mənzərəsini təqdim etdi və bir daha bildirdi ki, İtaliya Azərbaycanın tarixi dostudur. Cari ilin ötən dövründə İtaliyanın üç nazirinin ölkəmizə səfəri İtaliya ilə Azərbaycan arasında möhkəm əlaqələrin olmasını göstərir. Ümumilikdə iki ölkə arasında energetika sahəsində əməkdaşlıq ənənəvidir. Bu mühüm məqamı qeyd etmək kifayətdir ki, iki il bundan əvvəl tam tərkibdə istifadəyə verilən Cənub Qaz Dəhlizinin başlanğıcı Azərbaycanın Xəzər dənizindəki sektorudursa, son məntəqəsi İtaliyadır. Dövlətimizin başçısı İlham Əliyev Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən olan TAP layihəsini Azərbaycan və İtaliyanın birgə uğuru kimi dəyərləndirdi. İtaliya şirkətləri işğaldan azad edilmiş ərazilərimizdə hazırda aparılan bərpa-quruculuq işlərində də fəal iştirak edirlər. Prezident İlham Əliyev dost ölkələrin bu prosesdə fəal iştirakını yüksək dəyərləndirir.

Azərbaycan qarşıya qoyduğu hər bir hədəfə zamanında və yüksək səviyyədə nail olur. Ümummilli Lider Heydər Əliyevin hər bir ölkənin iqtisadi tərəqqisində önə çəkdiyi səylərin birləşdirilməsi, təcrübə mübadiləsinin aparılması kimi amillər bu gün də enerji siyasətimizin əsasında dayanır.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru   

 

Azərbaycan-İtaliya əlaqələrinin bugünkü inkişaf səviyyəsinin göstəricilərindən biri iki ölkə arasında strateji tərəfdaşlığa dair iki sənədin imzalanmasıdır.

Azərbaycanın təkcə ötən il elektroenergetika sahəsində atdığı addımlara və əldə olunan uğurlu nəticələrə diqqət yetirmək kifayətdir: “Ölkəmiz hər bir addımında əməkdaşlığa xüsusi önəm verdiyini təsdiqləyir. Yeni stansiyanın inşasında da İtaliya şirkəti iştirak edir. Azərbaycanın Avropa İttifaqı, eyni zamanda, quruma üzv dövlətlər ilə əlaqələrinin yüksələn xətlə inkişafı göz önündədir. Azərbaycan-İtaliya əlaqələrinin bugünkü inkişaf səviyyəsinin göstəricilərindən biri iki ölkə arasında strateji tərəfdaşlığa dair iki sənədin imzalanmasıdır. Əməkdaşlıq yalnız enerji sahəsi ilə məhdudlaşmır. Dostluq əlaqələri və geniş əməkdaşlıq təhsildən mədəniyyətədək müxtəlif sektorları əhatə edir. “Öz bacarıqları və təcrübəsi ilə İtaliya gələn illərdə də Azərbaycanın geniş energetika planları üçün etibarlı müttəfiq olacaqdır” söyləyən İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Urso bu əminliyi ifadə etdi ki, əməkdaşlığı digər sənaye sahələrində, o cümlədən kənd təsərrüfatı və yeyinti məhsullarının istehsalında davam etdirəcəyik. Azərbaycanın inkişafına və Avropanın enerji təhlükəsizliyinə öz töhfəmizi vermək istərdik.”

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin yüksələn xətlə inkişafının göstəricisi olaraq ötən il Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin Azərbaycana səfəri çərçivəsində ölkəmizlə qurum arasında imzalanan enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunu qeyd etmək olar. Artıq həmin sənədin icrasına başlanıb. Atılan hər bir addım Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndiyini nümayiş etdirir. Dövlət başçısı İlham Əliyev məhz bu uğurlarımıza, Azərbaycanın malik olduğu imkanlara söykənərək belə bir əminliyi ifadə etdi ki, bu gün doğrudan da böyük və önəmli işin təməli qoyuldu. Stansiya nəzərdə tutulmuş vaxtda inşa ediləcək. Həm ölkəmizin enerji potensialını, ixrac imkanlarımızı gücləndirəcək, həm də xarici tərəfdaşlarla yeni, gələcək layihələrə yol açacaq.

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc

 

 

Yeni tikiləcək stansiyanın imkanları təkcə Azərbaycana deyil, eyni zamanda, Avropalı tərəfdaşlara da müsbət təsir göstərəcək

Azərbaycan-İtaliya münasibətlərinin son dövrdə strateji tərəfdaşlıq və dostluq səviyyəsinə yüksəlməsi Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin nəticəsidir. Etiraf edək ki, bu iki ölkənin münasibətlərinin yüksək tərəfdaşlıq mərhələsinə keçməsi üçün münbit şəraitin formalaşması istiqamətində davamlı fəaliyyət tələb olunurdu. Hər iki ölkənin ümumi maraqlar çərçivəsində əməkdaşlığının inkişaf etdirilməsi üçün uğurlu diplomatik əlaqələrin inkişafı vacib idi.

İtaliyanın Avropa İttifaqının, NATO-nun üzv dövləti, eyni zamanda , Fransa, Avstriya, İsveçrə və Sloveniya kimi dövlətlərlə qonşu olmasını nəzərə alsaq, bu strateji əməkdaşlığı Azərbaycanın yaxın gələcəkdə maraqlarının təminatına dəstək mexanizmi kimi qiymətləndirə bilərik. Həmçinin İtaliyanın Avropa Parlamentində 76 deputatla təmin olunmasına da xüsusi diqqət etməliyik. İtaliya Azərbaycanla strateji tərəfdaşlığını sübut etmək üçün müvafiq addımlar atıb. Belə ki, Vətən müharibəsi dövründə İtaliya Azərbaycanla həmrəylik nümayiş etdirib. İtaliya mediası Azərbaycanla bağlı məsələlərdə obyektiv yanaşması ilə seçilib. Xüsusən 2020-ci ilin İtaliyada “Azərbaycan ili” elan olunması Azərbaycana və Prezident İlham Əliyevə göstərilən xüsusi etimadın göstəricisi idi.

Əlaqələrin müsbət dinamika ilə inkişafında Prezident İlham Əliyevin 2022-ci il sentyabrın 1-2- də İtaliyaya işgüzar səfərinin xüsusi rolu olub. Siyasi əlaqələrin yüksək səviyyədə qalmasında iqtisadi əməkdaşlığın da mühüm əhəmiyyəti var. Bu baxımdan Azərbaycan – İtaliya iqtisadi əlaqələrinin bünövrəsinin möhkəm qoyulması hər iki dövlətin ümummilli maraqları çərçivəsində davamlı tərəfdaşlığı üçün geniş imkanlar açır. Azərbaycan dövləti dəfələrlə ən ali səviyyədə bəyan etmişdir ki, Vətən müharibəsi dövründə Azərbaycanın haqlı mövqeyini dəstəkləyən dövlətlərin Qarabağın quruculuq prosesində iştirakına xüsusi imkan yaradacaq. Azad edilmiş ərazilərdə İtaliya şirkətləri uğurla fəaliyyət göstərirlər. Əlbəttə əməkdaşlığın mühüm mərhələsi enerji seqmentidir. Cənub Qaz Dəhlizi və bu layihənin hazırda son mərhələsi olan TAP çərçivəsində Azərbaycan qazı İtaliya vasitəsi ilə Avropa çatıb. Nəticədə Azərbaycan mühüm bazar, Avropa isə Rusiyadan kənar enerji mənbəyi əldə etdi.

Yeni tikiləcək stansiyanın imkanları təkcə Azərbaycana deyil, eyni zamanda, Avropalı tərəfdaşlara da müsbət təsir göstərəcək. Çünki yeni tikiləcək stansiyada şərti yanacağın sərfiyyatı kifayət qədər aşağıdır və bu, imkan verəcək ki, ildə təqribən 800 milyon kubmetr və ya 1 milyard kubmetr qaza qənaət edilsin. Avropa məkanında Azərbaycan qazına böyük tələbat olduğu üçün bu, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaqdır.

Azərbaycan əməkdaşlığın yeni mərhələsi kimi İtaliya ilə “yaşıl kimya”, “yaşıl enerji”, “yaşıl enerji zonası”, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyaları əsasında sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq hər iki ölkənin siyasi və iqtisadi maraqlarını təmin edir, eyni zamanda, Azərbaycan üçün geosiyasi üstünlüklər qazandırır. Çünki Avropanın enerji təhlükəsizliyində rol almaq Azərbaycanın müstəqil siyasi xəttinin daha da güclənməsinə xidmət edəcək.

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc

 

 

Ölkəmiz dünya üçün yeni bir örnək rolunu oynayır

Ölkəmizdə həyata keçirilən siyasi kursun müvəffəqiyyəti təkcə geopolitik güc olmağımızla yekunlaşmır. Bu gün Azərbaycan Şərqlə Qərbin astanasında qlobal siyasi və iqtisadi qüvvədir. Eyni zamanda ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasət dünya enerji mərkəzlərindən biri kimi Azərbaycanın dəyərini daha da artırır. İndi ölkəmiz təkcə ənənəvi enerji mənbələri ilə deyil, həm də alternativ və bərpaolunan enerji sahəsində planetin maraq göstərdiyi arealdır.

Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi ilə bu sahədə potensialımızı bir daha nümayiş etdirdik. Layihə ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək, eyni zamanda, Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmini daha da artıracaq. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, onsuz da Mingəçevir hazırda elektroenergetika sahəsində bizim əsas şəhərimizdir. Mingəçevirdə fəaliyyət göstərən elektrik stansiyası bu gün ölkəmizin elektrik enerjisinə ehtiyacının böyük hissəsini ödəyir.

Ölkə Prezidenti bildirib ki, stansiyanın ümumi dəyəri təqribən 400 milyon dollara qədər olacaq. Elektroenergetika sahəsini yaxından bilən insanlar bilirlər ki, təxminən 1300 meqavat gücündə olan stansiya neçəyə başa gələ bilər. Yəni, bu stansiyaya sərf ediləcək vəsait bir qayda olaraq, bu böyüklükdə stansiyaların tikintisinə sərf olunan vəsaitdən 3-4 dəfə aşağıdır. Bunun da səbəbi, əlbəttə ki, səmərəlilikdir. Eyni zamanda, bunun səbəbi odur ki, Mingəçevirdə artıq güclü elektroenergetika infrastrukturu yaradılıb və bu stansiyanın məhz Mingəçevirdə inşa edilməsi də, ilk növbədə, bu məqsədi güdür.

Ölkəmiz dünya üçün yeni bir örnək rolunu oynayır, Azərbaycandan bu sahədə öyrənəcək çox nüans var.

Yeni tikiləcək bu stansiyanın müasir standartlara cavab verməsi nəticəsində karbon qazının miqdarı çox böyük dərəcədə – 2 milyon ton azalacaq və beləliklə, ətraf mühitə də bunun çox böyük faydası olacaq. Azərbaycan qlobal ekoloji məsuliyyət şüuruna da böyük töhfə verir.

Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc

 

 

İtaliya ilə “Cənub Qaz Dəhlizi” layihəsi üzrə ciddi əməkdaşlıq mövcuddur

Rusiya-Ukrayna münaqişəsi fonunda dərinləşən qütbləşmə və Avropanı təhdid edən enerji böhranı Azərbaycanın qlobal müstəvidə çəkisini və rolunu əhəmiyyətli dərəcədə dəyişib. Azərbaycanın yaratdığı yeni reallığın dünya dövlətləri tərəfindən, xüsusən aparıcı siyasi və iqtisadi güclər tərəfindən qəbul olunması isə öz növbəsində ölkəmizin postmüharibə dövrünün ən vacib prioritetlərindən biridir.

Vətən müharibəsində Qələbəsi ilə Azərbaycan regionun əsas hərbi siyasi gücünə çevrilib və bölgəyə maraq göstərənlər artıq Azərbaycanla daha yaxşı əlaqələrə malik olmağın zərurətini daha çox anlamağa başlayıblar.

Son bir ildə qlobal müstəvidə kəskinləşən münasibətlər və Avropanın milli təhlükəsizliyində Bakının əsas aktorlardan birinə çevrilməsinə şahid olmaqdayıq. Bu proseslərdə isə Azərbaycanın əsas strateji müttəfiqlərindən biri və Avropada əsas ticari tərəfdaşı İtaliyadır. Həmişə ən yüksək səviyyədə olmasına baxmayaraq hazırda Bakının regionda hakim mövqeyə yüksəlməsi Cənubi Qafqazda ticarətinin 95 faizini Azərbaycanla aparan İtaliya üçün yeni imkanlar açıb. Eyni zamanda, dünyanın əsas iqtisadi və siyasi güc mərkəzlərindən biri, böyük yeddiliyin üzvü kimi İtaliya ilə münasibətlərin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetləri ilə üst-üstə düşür.

Azərbaycan və İtaliyanın strateji tərəfdaşlığı yalnız ticari tərəfdaşlığa əsaslanmır. Bizim üçün şərəfli və çətin olan Vətən müharibəsi dövründə İtaliya açıq şəkildə Azərbaycanla həmrəyliyini ifadə edib, İtaliya mediası Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq çərçivəsində ən ali səviyyədə məsələyə obyektiv yanaşmasını nümayiş etdirib.

Əlbəttə, dərinləşən münasibətlər enerji sferasını da əhatələməkdə və məhz Azərbaycanla tərəfdaşlığı sahəsində Romanın Avropanın enerji təhlükəsizliyində imkanlarını artırmaqdadır. Məlumdur ki, İtaliya ilə “Cənub Qaz Dəhlizi” layihəsi üzrə ciddi əməkdaşlıq mövcuddur. İki ildən artıqdır ki, Azərbaycan qazı İtaliya bazarına çatdırılır və Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, TAP layihəsi bizim birgə uğurumuzdur.

Yeni situasiyada isə əməkdaşlığın daha da dərinləşməsi artıq hər iki ölkə üçün zərurətdir. Əslində, Prezident İlham Əliyevin ötən ilin sentyabrında İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində enerji sahəsində əməkdaşlığın yeni reallıqda inkişafının yol xəritəsi bəyan olunmuşdu. Lakin etiraf etməliyik ki, hətta Avropanın aparıcı dövlətləri belə mürəkkəb geosiyasi şəraitdə proseslərin bu sürətlə reallaşdırıla biləcəyinə ehtimal vermirdi.

Lakin ardıcıl birgə layihələr, bu qəbildən dünən “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasiminin keçirilməsi, İtaliyanın isə bu prosesdə birbaşa iştirakı Prezident İlham Əliyevin bu prosesdə əzmli olduğunu göstərdi. Məhz bu qətiyyətli gedişlərlə Avropanın enerji təhlükəsizliyində Azərbaycanın mövqeyini gücləndirəcəyinə artıq qoca qitənin heç bir subyektində şübhə yoxdur.

Bu mənada onsuz da yüksək səviyyədə olan Roma-Bakı əlaqələri, Vətən müharibəsindən sonra fərqli müstəviyə yüksəlib. Xüsusən ötən ilin sentyabrında Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri yeni reallıqda münasibətlərimiz üçün mühüm bir mərhələnin əsasını qoymuş oldu. Məhz bu səfərlə müharibə sonrası Azərbaycana informasiya savaşı açan güclü mərkəzlərə rəğmən Bakı və Romada əlaqələrin dərinləşməsində qəti iradənin mövcudluğu bir daha bəyan olundu.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

Ölkəmizdə mövcud olan siyasi sabitlik şəraitində günəş, külək, su mənbələrindən istifadə alternativ enerji istehsalını artırır

Azərbaycanın enerji diplomatiyasının uğurları biri-birini əvəzləməkdədir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi dahi şəxsiyyətin uzaqgörən siyasətinin nəticəsi olmaqla yanaşı, bu günümüz və gələcəyimiz üçün möhkəm təməlin yaradılmasında stimulverici amil oldu. Bu günlərdə Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılış mərasimində dövlətimizin başçısı bir daha Azərbaycanın enerji sahəsində qazandığı uğurların xronologiyasını təqdim etdi. Bu mühüm məqam diqqətə çatdırıldı ki, dünya dəyişib, enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti daha da artır.

Enerjiyə olan daxili tələbatını öz imkanları hesabına ödəyən Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatına töhfələri davamlılığı ilə diqqətdədir. Prezident İlham Əliyev fevralın 13-də Gülüstan sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində bu məqamı diqqətə çatdırdı ki, stansiyanı xarici tərəfdaşlarla birlikdə inşa edəcəyik. Bugünkü mərasimdə İtaliyanın şirkətlər və “Made in Italy” naziri iştirak edir. Eyni zamanda, Çinin bir şirkəti bu stansiyanın tikintisində iştirak edəcək. Yəni, bu işlər xarici əməkdaşlıq çərçivəsində görüləcək. Onu da qeyd edək ki, Prezident İlham Əliyev fevralın 13-də 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak edən İtaliya Respublikasının şirkətlər və “Made in Italy” naziri Adolfo Ursonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.

Son illərdə ölkəmizdə energetika sahəsində çox önəmli addımlar atılıb. Bu addımlardan bəhs edərkən təkcə ötən ildə bu sahədə görülən işlərə diqqət yetirmək kifayətdir. Belə ki, 2022-ci ilin yanvar ayında Səudiyyə Ərəbistanını təmsil edən “ACWA Power” şirkəti ilə birlikdə 240 meqavat gücündə Külək Elektrik Stansiyasının təməli qoyuldu. Fevral ayında isə “Azərenerji” tərəfindən inşa edilmiş 385 meqavat gücündə elektrik stansiyasının açılışı oldu. Dövlətimizin başçısı İlham Əliyev daim bu çağırışı səsləndirir ki, ölkəmizdə enerji istehsalının artırılması hər zaman diqqət mərkəzindədir. Əsas hədəf 2030-cu ilə qədər bu rəqəmi 30 faizə çatdırmaqdır.

Sözügedən stansiyanın təməlinin qoyulması ilə Mingəçevir şəhərinin nəinki Azərbaycanın, eyni zamanda, bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır. Təxminən 1300 meqavat gücündə olan stansiya ölkəmizin potensialını daha da gücləndirəcək. Yeni elektrik stansiyası Azərbaycanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaq. Azərbaycan öz imkanlarından tam istifadə edərək həm daxili tələbatını ödəyəcək, eyni zamanda, həm elektroenergetika, həm də təbii qaz sahəsində daha böyük addımlar atacaq. Avropa məkanında Azərbaycan qazına böyük tələbat olduğu üçün bu, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaqdır.

Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc