Mingəçevir hazırda elektroenergetika sahəsində bizim əsas şəhərimizdir.
13 fevral 2023-cü il tarixində Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilmişdir. Bu tarixdən etibarən Mingəçevir şəhərinin tarixində bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır. Bu, ölkənin enerji təhlükəsizliyinə verilən növbəti töhfə olacaqdır. Azərbaycan öz imkanlarından tam istifadə edərək həm daxili təlabatını ödəyəcək, eyni zamanda, həm elektroenergetika, həm də təbii qaz sahəsində ixrac imkanlarını bir qədər genişləndirəcəkdir. Ümumilli Lider Heydər Əliyevin formalaşdırdığı təməllər üzərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin inkişaf etdirdiyi və davamlı nailiyyətlərlə zənginləşdirdiyi enerji təhlükəsizliyi kursunun töhfəsidir. Bu gün Azərbaycan özünü elektrik enerjisi ilə təmin etməklə bərabər, həm də əksər qonşu ölkələrə bu enerji növünü ixrac edir. Eyni zamanda da Avropada ölkəmizin enerji resurslarına olan tələbatın getdikcə artması Azərbaycanda elektroenergetika sahəsinin daha sürətli inkişafını stimullaşdırır.
Zərdab rayon Dəkkəoba kənd tam orta məktəbin direktor müavini Mayisə Xəlilova
Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə
Hazırda hər bir ölkə üçün enerji təhlükəsizliyi məsələlərinin əhəmiyyəti daha da artır. Azərbaycanın reallığa çevirdiyi enerji layihələrini, Avropanın enerji təhlükəsizliyinə davamlı töhfələrini nəzərə alsaq, bu gün ölkəmizin dünya üçün önəmi, etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyi özünü daha aydın şəkildə nümayiş etdirəcək. Azərbaycanın, ümumilikdə iştirakçı dövlətlərin hər birinin enerji siyasətinin uğurlarına işıq salan beynəlxalq əhəmiyyətli tədbirlərdə, enerji sammitlərində cənab Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının Azərbaycanın qarşısında açdığı geniş imkanlardan bəhs edərək bu reallığı da diqqətə çatdırır ki, ölkəmiz neft və qazla yanaşı, elektrik enerjisi ixracatçısı kimi də tanınır, nüfuz qazanır. Fevralın 13-də “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 meqavat gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi də bu kimi məqamların təqdimatında öz sözünü dedi. Azərbaycan öz imkanlarından tam istifadə edərək həm daxili tələbatını ödəyəcək, həm də elektroenergetika, təbii qaz sahəsində daha böyük addımlar atacaq. Hazırda Avropa məkanında Azərbaycan qazına böyük tələbat olduğu üçün bu stansiya, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaq.
Son illər ölkəmizdə elektroenergetika sahəsi çox sürətlə inkişaf edir. Azərbaycan qarşıya qoyduğu hər bir hədəfə zamanında və yüksək səviyyədə nail olur. Ümummilli Lider Heydər Əliyevin hər bir ölkənin iqtisadi tərəqqisində önə çəkdiyi səylərin birləşdirilməsi, təcrübə mübadiləsinin aparılması kimi amillər bu gün də enerji siyasətimizin əsasında dayanır.
Zərdab Gənclər evi sosial xidmət müəssisəsinin direktoru Jalə Kərimli
Azərbaycanda elektroenergetika sahəsi son illər ərzində çox sürətlə və uğurla inkişaf etmişdir
Ölkəmizin milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan dahi rəhbər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti ən yeni tariximizdə müstəsna yer tutur. Bu gün müstəqil Azərbaycan dövlətinin yaşaması, qüdrətli ölkə kimi təşəkkülü üçün Ümummilli Lider Heydər Əliyevə minnətdarıq. Məhz Ulu Öndər Heydər Əliyevin fədakar əməyinin, səmərəli işgüzarlığının, uzaqgörən rəhbərlik və təşkilatçılıq istedadının sayəsində Azərbaycan bu illər ərzində sürətlə və hərtərəfli inkişaf edərək Respublikamızda bütün sahələrin – sənayenin, elmin, təhsilin, səhiyyənin inkişafı məhz Heydər Əliyevin səyləri və məqsədyönlü fəaliyyəti ilə təmin olunmuşdu.
Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar qısa bir zamanda uğurlu nəticələr verərək iqtisadi inkişafa səbəb olmuşdu. Bütün sahələrdə olduğu kimi, Azərbaycan iqtisadi sahədə də dünya iqtisadiyyatına inteqrasiya etmiş, dövlətlərarası münasibətlərin fəal subyektinə çevrilmişdi. Elektroenergetika sahəsinin də inkişafı ilə bağlı icra olunmuş nəhəng layihələr nəticəsində Azərbaycan nəinki öz enerji təhlükəsizliyini təmin etmiş, regionun enerji təhlükəsizliyinin təmin edilməsində aparıcı tərəfdaşa çevrilmişdir.
Son illərdə Azərbaycanda elektroenergetika sisteminin inkişafı ilə bağlı mühüm tədbirlər icra olunmuşdur. Bu sahədə həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə energetikanın maddi-texniki bazası möhkəmləndirilmiş, xeyli sayda modul tipli elektrik stansiyaları istifadəyə verilmişdir. Bununla da əhalinin elektrik enerjisi ilə təmin olunmasında ciddi nailiyyətlər qazanılmışdır. Bu sahədə beynəlxalq standartlara uyğun qanunvericilik bazası formalaşdırılmışdır ki, bu da ölkədə enerji sisteminin müasir tələblər səviyyəsində inkişafına təkan verir.
Azərbaycanda bərpa olunan enerji mənbələrinin yaradılmasına xüsusi diqqətin göstərilməsidir. Bununla bağlı artıq konkret tədbirlər həyata keçirilir və bu da ölkəmizin elektroenergetika infrastrukturunun daha da möhkəmləndirilməsinə xidmət edir.
Gəncliyə Dəstək İctimai Birliyin sədri Vəfa Xəlilli
Energetika sahəsində İtaliya ilə əməkdaşlıq ənənəvi xarakter daşıyır
Azərbaycanla İtaliya arasında imzalanmış Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannaməyə uyğun olaraq, Bakı-Roma münasibətləri ən müxtəlif istiqamətlərdə dinamik şəkildə inkişaf edir və son bir ay ərzində dost ölkəni təmsil edən 3 nazirin Azərbaycana səfəri qarşılıqlı əlaqələrin intensivliyinin sübutudur. “Enerji sektoru Azərbaycan üçün ənənəvi və prioritet təşkil edən bir sahədir və şübhəsiz ki, bu sahədə İtaliya ilə əməkdaşlıq artıq öz bəhrəsini verib. TAP layihəsi Azərbaycan-İtaliya əməkdaşlığının, təkcə bu iki ölkənin deyil, Cənub Qaz Dəhlizinin keçdiyi bütün ölkələr üçün strateji əhəmiyyətə malik olduğunu təsdiqləyir. Azərbaycanla İtaliyanın enerji sektorundakı əməkdaşlığı getdikcə daha da genişlənir və hər iki ölkənin Avropanın enerji təhlükəsizliyindəki rolunu artırır. Azərbaycanda qeyri-neft sektorunun inkişafı ölkə iqtisadiyyatının qarşısında dayanan prioritet vəzifələrdəndir. Avropanın üçüncü ən böyük iqtisadiyyatına sahib olan bir ölkənin şirkətlərinin Azərbaycanın qeyri-enerji sektorunda iştirakı, bu istiqamətdə həyata keçirilən islahatların intensivləşdirilməsi baxımından da əhəmiyyətlidir. Azərbaycan-İtaliya münasibətlərinin mövcud səviyyəsinin dövlətlərarası faydalı əməkdaşlığı iki ölkə arasında bundan sonra da genişlənəcəkdir.
İtaliya ölkəmizin ən yaxın tərəfdaşlarından biri olaraq Azərbaycan İtaliyanı neftlə təchiz edən bir nömrəli ölkədir. İtaliya və Azərbaycan arasında strateji tərəfdaşlığa dair imzalanan sənəd ölkələrimiz arasında mövcud fəal siyasi dialoqun formalaşmasında önəmli rol oynayır. Belə ki, ölkələrimizin ikitərəfli gündəliyinə davamlı olaraq yeni, vacib mövzular daxil edilir və ikitərəfli əməkdaşlığın inkişafı üçün önəmli təşəbbüslər göstərilir. Ölkələrimiz arasında sıx əməkdaşlıq və strateji tərəfdaşlıq ilə bağlı geniş müzakirələr davamlı şəkildə aparılır.
Zərdab şəhər sakini fəal gənc Cavid Məmmədov
Mingəçeviri Qafqazın enerji mərkəzinə çevirən Ulu Öndər Heydər Əliyev olmuşdur
Öz inkişafının yeni mərhələsinə qədəm qoyan Azərbaycanda ötən 20 il ərzində bütün sahələrdə uğurlar əldə edilib. Bu uğurların əsasında isə həyata keçirilən düşünülmüş və çoxşaxəli dövlət siyasəti dayanır. Xüsusi olaraq vurğulamaq lazımdır ki, müstəqilliyimizin ilk dövrlərində Azərbaycanın qarşılaşdığı əsas çətinliklərdən biri ölkədə enerji çatışmazlığı ilə bağlı idi. Əhalinin enerji, təbii qazla təchizatı fasilələrlə həyata keçirilirdi. Ölkədə etibarlı enerji təchizatı sisteminin yaradılması əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident cənab İlham Əliyev tərəfindən davam etdirilən inkişafa yönəlik dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Bunun nəticəsidir ki, artıq ölkəmizdə müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilir. Ölkəmizin enerji potensialı böyük dərəcədə güclənəcək və Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmi daha da artacaq.
Azərbaycanın, ümumilikdə Qafqazın enerji mərkəzi kimi şöhrətinə daha da artıracaq. “Mingəçeviri Qafqazın enerji mərkəzinə çevirən Ulu Öndər Heydər Əliyev olmuşdur. İES-in təməlqoyma mərasimində çıxış edən Prezident İlham Əliyev bildirdi ki, məhz Ulu Öndərin rəhbərliyi və təşəbbüsü ilə 1976-cı ildə Mingəçevirdə böyük elektrik stansiyasının təməli atılıb. Müstəqilliyin ilk illərində məhz Mingəçevir Elektrik Stansiyası ölkəni elektrik enerjisi ilə təmin edirdi. Ümumi generasiya gücü 2400 meqavat olan stansiya ölkəmizin nəinki enerji potensialını, ümumiyyətlə, sənaye potensialının böyük hissəsini ödəyərək imkan verdi ki, hətta müstəqilliyimizin ən ağır illərində, ilk illərdə Azərbaycanda elektrik enerjisi ilə təchizat təmin edilsin. 2018-ci ildə isə Mingəçevir Elektrik Stansiyasının yenidən qurulması prosesi başladı. İki ildə 8 blok tamamilə yenidən quruldu və istifadəyə verildi. 2020-ci ildə stansiya öz əzəli gücü ilə yenidən işləməyə başladı və 2400 meqavat generasiya gücünə malik oldu. Bərpa-yenidənqurma işləri nəticəsində təqribən 600 meqavatdan çox itirilmiş güclər bərpa edildi”.
44 günlük Vətən müharibəsi dövründə Mingəçevir Elektrik Stansiyasının əhəmiyyəti bir daha təsdiqləndi. Həmin dövrdə məğlub Ermənistan müharibə qanunlarına zidd olaraq mülki obeyktləri, eyni zamanda Mingəçevir Elektrik Stansiyasını da hədəfə alırdı.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə növbəti töhfəsi kimi qiymətləndirilməlidir. Yeni tikiləcək stansiyada şərti yanacağın sərfiyyatı kifayət qədər aşağıdır və bu, imkan verəcək ki, ildə təqribən 800 milyon kubmetr və ya 1 milyard kubmetr qaza qənaət edilsin. Bu gün Avropa məkanında Azərbaycan qazına böyük tələbat olduğu üçün bu, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaqdır.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova
Mingəçevir hazırda elektroenergetika sahəsində bizim əsas şəhərimizdir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 13 fevral tarixində Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxışı zamanı bildirib ki, “Ölkəmizin enerji potensialı böyük dərəcədə güclənəcək və Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmi daha da artacaq. 2025-ci ildə Mingəçevir şəhərində yeni 1280 meqavat gücündə elektrik stansiyasının açılışı olacaq.
Mingəçevir hazırda elektroenergetika sahəsində bizim əsas şəhərimizdir. Mingəçevirdə fəaliyyət göstərən elektrik stansiyası bu gün ölkəmizin elektrik enerjisinə ehtiyacının böyük hissəsini ödəyir.
Mingəçeviri Qafqazın enerji mərkəzinə çevirən Ulu Öndər Heydər Əliyev olmuşdur. Onun rəhbərliyi və təşəbbüsü ilə 1976-cı ildə Mingəçevirdə böyük elektrik stansiyasının təməli qoyulmuşdur. Böyük stansiyanın birinci blokunun 1981-ci ildə Heydər Əliyevin şəxsən iştirakı ilə açılışı olmuşdur.
Mingəçevir Elektrik Stansiyasının önəmi İkinci Qarabağ müharibəsi zamanında bir daha bəlli oldu. O vaxt döyüş meydanında məğlub olan Ermənistan Azərbaycanın mülki obyektlərini də atəşə tuturdu, yüzlərlə yaşayış evi tamamilə dağıdılmışdır, yüzə yaxın dinc insan həlak olmuşdur, o cümlədən Mingəçevir Elektrik Stansiyası da uzaqmənzilli raketlərlə atəşə tutulmuşdur. Bu raketlərin bir çoxu Azərbaycanın hava hücumuna qarşı müdafiə sistemləri tərəfindən məhv edildi, bəziləri isə hədəfə dəymədi.
Mingəçevir şəhərinin Azərbaycanın və nəinki Azərbaycanın, bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır, təxminən 1300 meqavat gücündə olan stansiya bizim potensialımızı böyük dərəcədə gücləndirəcək.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Nicat Əhmədzadə
Bərpaolunan enerji növlərinin inkişafı üçün Azərbaycanda çox böyük potensial var
Ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsləri və birbaşa rəhbərliyi ilə ardıcıl həyata keçirilən məqsədyönlü tədbirlər, icra olunan strateji əhəmiyyətli layihələr sayəsində Azərbaycan özünün enerji potensialını durmadan artırır. Müasir dövrümüzdə məhz enerji təhlükəsizliyi dünya ölkələrinin qarşısında duran ən vacib məsələlərdən biri olduğu üçün, Azərbaycanın da Avropanın enerji təhlükəsizliyində rolu getdikcə daha önə çəkilir. O cümlədən Mingəçevir şəhərində yeni 1280 meqavat gücündə elektrik stansiyasının tikintisinə başlanması da dövlətimizin bu istiqamətdə fəaliyyəti daha da genişləndirmək qərarından xəbər verir. Fevralın 13-də Bakıda “Gülüstan” sarayında keçirilmiş İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində etdiyi çıxışında cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, açılışı 2025-ci ilə planlaşdırılan bu stansiya ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək, eyni zamanda, Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmini daha da artıracaq.
Məlumdur ki, Mingəçevir hazırda elektroenergetika sahəsində Azərbaycanın əsas şəhəridir və burada fəaliyyət göstərən elektrik stansiyası bu gün ölkənin elektrik enerjisinə ehtiyacının böyük hissəsini ödəyir. Bu məqamı da xüsusi qeyd etmək lazımdır ki, Mingəçevirin təkcə Azərbaycanın deyil, ümumilikdə Qafqazın enerji mərkəzinə çevrilməsi Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və gərgin səyləri nəticəsində mümkün olmuşdur. 1976-cı ildə Mingəçevirdə böyük elektrik stansiyasının təməli qoyulmuşdur. Böyük stansiyanın birinci blokunun açılışı da 1981-ci ildə məhz Ümummilli Lider Heydər Əliyevin şəxsən iştirakı ilə baş tutmuşdur. Təbii ki, 40 ilə yaxın müddət işlədikdən sonra stansiyanın infrastrukturu köhnəlmişdir. Bu səbəbdən də, 2018-ci ildə Ölkə Prezidenti cənab İlham Əliyevin göstərişi ilə Mingəçevir Elektrik Stansiyasının yenidən qurulması prosesi başlamışdır. Qısa müddət ərzində 8 blok tamamilə yenidən qurulmuş və 2020-ci ildə stansiya tam gücü ilə yenidən istifadəyə verilmişdir.
Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva
Stansiya Azərbaycanın daxili resursları çərçivəsində inşa ediləcək
Mingəçevir Elektrik Stansiyasının ölkənin daxili resursları hesabına inşa edilməsinə dair verilmiş qərar bir daha dövlətimizin iqtisadi müstəqilliyinin və iqtisadi qüdrətinin göstəricisi kimi qiymətləndirilməlidir. Öz çıxışında cənab Prezident İlham Əliyev bildirdi ki, yeni Mingəçevir Elektrik Stansiyası Azərbaycanın daxili resursları çərçivəsində inşa ediləcək. Stansiyanın ümumi dəyəri təqribən 400 milyon dollara qədər olacaq. Stansiyaya sərf ediləcək vəsait bir qayda olaraq, bu böyüklükdə stansiyaların tikintisinə sərf olunan vəsaitdən 3-4 dəfə aşağıdır. Bunun da səbəbi səmərəlilikdir və Mingəçevirdə artıq güclü elektroenergetika infrastrukturunun mövcud olmasıdır. Həmçinin stansiyanın xarici tərəfdaşlarla, İtaliya və Çin şirkətləri ilə birlikdə inşa ediləcəyi isə bir daha ölkəmizin xarici əlaqələrinin, Azərbaycana olan etimadın yüksək səviyyədə olmasından xəbər verir. Xüsusi olaraq dövlətimizin başçısı bunu da qeyd etdi ki, İtaliya şirkətinin bu layihədə iştirakı təsadüfi deyil. İtaliya Azərbaycanın strateji tərəfdaşıdır. Ölkələrimiz arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır, yüksək səviyyəli qarşılıqlı səfərlər təşkil edilmişdir. Xüsusilə məhz energetika sahəsində İtaliya ilə əməkdaşlıq ənənəvi xarakter daşıyır. Azərbaycan neftinin böyük hissəsi İtaliya bazarına çatdırılır və iki ildən artıqdır ki, Azərbaycan qazı İtaliya bazarına çatdırılır. Cənub Qaz Dəhlizinin başlanğıcı Azərbaycanın Xəzər dənizindəki sektorudursa, bunun son məntəqəsi İtaliyadır və yol boyunca bir neçə ölkə Azərbaycan qazından faydalanır.
Bu gün Avropa məkanında Azərbaycan qazına böyük tələbat olduğu üçün bu, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaqdır. Həmçinin yeni tikiləcək stansiyanın müasir standartlara cavab verməsi nəticəsində karbon qazının miqdarı çox böyük dərəcədə azalacaq və bununla, ölkəmiz ətraf mühitin qorunması istiqamətində son dərəcə əhəmiyyətli addım atmış olacaqdır.
Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Tavad Qurbanova
Azərbaycanda elektroenergetika sahəsi son illər ərzində çox sürətlə və uğurla inkişaf etmişdir
Azərbaycanda bütövlükdə elektroenergetika sahəsi son illər ərzində çox sürətlə və uğurla inkişaf etmişdir. Son 20 il ərzində Azərbaycanda 34 elektrik stansiyası inşa edilmişdir və bu stansiyaların generasiya gücü təqribən 3400 meqavata bərabərdir.
Mingəçevir şəhərində yeni 1280 meqavat gücündə elektrik stansiyasının təməlinin qoyulması çox əlamətdar hadisədir. Açılışı 2025-ci ildə nəzərdə tutulan bu stansiya ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək, eyni zamanda, Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmini daha da artıracaq.
Prezident cənab İlham Əliyev çıxışı zamanı xatırladıb ki, Mingəçeviri nəinki Azərbaycanın, ümumiyyətlə, Qafqazın enerji mərkəzinə çevirən Ulu Öndər Heydər Əliyev olmuşdur.
Hazırda ölkəmizin enerji sisteminə qoyulmuş investisiyalar, modernləşmə işlərinin aparılması nəticəsində səmərəlilik nəzərəçarpacaq dərəcədə yüksəlmiş, itkilərin səviyyəsi isə xeyli aşağı düşmüşdür. Yeni tikiləcək stansiyanın müasir standartlara cavab verməsi nəticəsində karbon qazının miqdarı çox böyük dərəcədə – 2 milyon ton azalacaq və beləliklə, ətraf mühitə də bunun çox böyük faydası olacaqdır. Daxili resurslar hesabına inşa ediləcək stansiyanın ümumi dəyəri təqribən 400 milyon dollara qədər olacaq. Bu stansiyaya sərf ediləcək vəsait bir qayda olaraq, bu böyüklükdə stansiyaların tikintisinə sərf olunan vəsaitdən 3-4 dəfə aşağıdır. Bunun da səbəbi, əlbəttə ki, səmərəlilikdir.
Məlum olduğu kimi, Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə bərpa-yenidənqurma işləri, ilk növbədə, elektroenergetika sahəsindən başladılmış və artıq 10-dan çox yarımstansiya, 10-dan çox su elektrik stansiyası inşa edilmişdir. İki il ərzində Şərqi Zəngəzur bölgəsində 50 meqavatdan çox generasiya gücü yaradılıb və bu rəqəmin bu ilin sonuna qədər 200 meqavata çatacağı gözlənilir. Bununla da azad edilmiş torpaqlarda cəmi 3 il ərzində 200 meqavatlıq enerji gücü yaradılmış olacaq.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova
Ölkəmizin enerji potensialı böyük dərəcədə güclənəcək və Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmi daha da artacaq
Bu gün dünya dövlətlərinin enerji təhlükəsizliyi ilə sınağa çəkildiyi, enerji asılılığından əziyyət çəkdiyi bir vaxtda Azərbaycanın böyük bir qitənin etibarlı enerji təchizatçısı rolunu oynaması vaxtında verilmiş bu cür strateji qərarların, atılmış məqsədyönlü addımların nəticəsidir. Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı təməllər üzərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin inkişaf etdirdiyi və davamlı nailiyyətlərlə zənginləşdirdiyi enerji təhlükəsizliyi kursunun töhfəsidir. Azərbaycanın geosiyasi çəkisini artıran və beynəlxalq miqyasda böyük marağı təmin edən bu siyasət örnək enerji təhlükəsizliyi modelidir. Bu model, enerji resurslarının, enerji təchizatı mənbələri və marşrutlarının, tədarük bazarlarının şaxələndirilməsidir. Enerji keçidi prosesinin rasional idarəedilməsidir. Ona görə də bu gün Azərbaycan enerji böhranı yaşamır. Enerji müstəqilliyi tam təmin edilib. Dövlət başçısının da ifadə etdiyi kimi, Azərbaycan bütün enerji komponentlərinin inkişafına görə dünya miqyasında qabaqcıl ölkələrdən birinə çevrilib. Azərbaycan həm neft, həm qaz, həm də elektrik enerjisi ixracatı ilə bir çox ölkələrin enerji təhlükəsizliyinə töhfə verir.
Hazırda Azərbaycanın enerji ölkəsi kimi inkişafında yeni mərhələ başlanıb. Bu mərhələdə ölkəmizin Avropanın enerji təchizatındakı strateji rolu bir çox mənbələr hesabına daha da güclənəcək. Bu, ilk növbədə Cənub Qaz Dəhlizinin genişləndirilməsi və təbii qazın tədarükünün artırılması ilə mümkün olacaq. Eyni zamanda, elektrik enerjisinin, xüsusilə “yaşıl enerji”nin ixracı, Azərbaycanın daha bir dəhlizin -“yaşıl enerji” dəhlizinin də əsas resurs mənbəyi olması hesabına reallaşacaq.
Prezident cənab İlham Əliyevin cari ilin 13 fevral tarixində Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxışı ilə əlaqədar tədbirdə qeyd etdiyi kimi, “Mingəçevir şəhərinin Azərbaycanın və nəinki Azərbaycanın, bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır, təxminən 1300 meqavat gücündə olan stansiya bizim potensialımızı böyük dərəcədə gücləndirəcək. Bu, Azərbaycanın enerji təhlükəsizliyinə verilən növbəti töhfə olacaq, yüzlərlə yeni iş yerləri yaranacaq və beləliklə, Azərbaycan öz imkanlarından tam istifadə edərək həm daxili tələbatı ödəyəcək, eyni zamanda, həm elektroenergetika, həm də təbii qaz sahəsində daha böyük addımlar atacaq;”
Ölkəmizin neft-qazdan sonra bərpa olunan mənbələrə əsaslanan elektrik enerjisi ilə aparıcı mövqeyə yüksəlməsi günün tələbidir. Bir tərəfdən ətraf mühiti qorumaq daha “təmiz enerji” mənbələrindən istifadəni zəruri edir. Digər tərəfdən isə enerji böhranı dövründə diversifikasiya zərurəti bu enerji növünə qlobal miqyasda ehtiyacı artırır. Ona görə də həm daxili tələbat, həm də xaricdə enerji gücümüzə olan tələbat milli elektroenergetika sisteminin daha da gücləndirilməsini və transformativ prosesləri labüd vəziyyətə gətirir. Təsadüfi deyil ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də “təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” beş prioritetdən biri kimi müəyyənləşdirilmiş və “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda çox mühüm tədbirlər təsbit edilmişdir. Həmçinin Azərbaycan Prezidentinin qlobal çağırışlara və müasir inkişaf tendensiyalarına uyğun strateji yanaşmasının məhsulu olan azad edilmiş ərazilərin “yaşıl enerji” zonası konsepsiyası əsasında inkişafı da bu prosesləri təşviq edir. Yeni tikiləcək stansiyanın müasir standartlara cavab verməsi nəticəsində karbon qazının miqdarı çox böyük dərəcədə – 2 milyon ton azalacaq və beləliklə, ətraf mühitə də bunun çox böyük faydası olacaqdır.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Alagöz Namazova