Enerji təhlükəsizliyi həqiqətən milli təhlükəsizlik məsələsidir

Fevralın 3-də ölkəmizdə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu, Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində isə 1-ci iclası keçirilib. Cənub Qaz Dəhlizi layihəsini başlanğıcından etibarən dəstəkləyən və onun həyata keçirilməsində fəal rol oynayan bir sıra dövlətlərin Avropa Komissiyasının, Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanıstan, Albaniya, Moldova, Monteneqro, Serbiya, Ukrayna və Xorvatiyanın yüksək səviyyəli nümayəndələri ilə yanaşı, bu layihələrdə pay sahibləri olan transmilli şirkətlərin və maliyyə qurumlarının rəhbərləri də Məşvərət Şurasının toplantılarında iştirak ediblər.

Tədbirdə çıxış edən Prezident İlham Əliyev bildirib ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının səkkizinci toplantısından sonra dünyada çoxlu dəyişikliklər baş verib, enerji təhlükəsizliyi milli təhlükəsizlik məsələsinə çevrilib. Onun sözlərinə görə, Cənub Qaz Dəhlizi iki ildən bir az çox vaxt əvvəl açılıb: “Bu gün biz artıq TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər genişləndirilməsini nəzərdən keçiririk və TAP-ın 10 milyard kubmetrdən 20 milyard kubmetrə genişləndirilməsi haqqında danışırıq. Bu, alternativ enerji mənbəyinə böyük ehtiyac duyulduğunu göstərir. Bu, enerji təchizatının davamlı şaxələndirilməsinin zəruriliyini nümayiş etdirir. Biz buna hazırıq”.

Cənub Qaz Dəhlizi fəaliyyətə başladıqdan sonra bu layihəyə qoşulmaq istəyən dövlətlərin sayının artması Azərbaycan tərəfindən həyata keçirilən bu layihənin qlobal siyasi əhəmiyyətini, iqtisadi səmərəliliyini və cazibədarlığını bir daha nümayiş etdirir.

Son vaxtlarda Cənub Qaz Dəhlizi vasitəsilə ötürülən təbii qaz həcminin 2 dəfə artırılması, yaşıl enerji resurslarının istehsalı və Avropaya nəqli ilə bağlı intensiv şəkildə aparılan danışıqlar və imzalanan sənədlər Azərbaycanın enerji siyasətinin Avropa üçün xilas mənbəyi olduğunu göstərir. Cənub Qaz Dəhlizinə və Azərbaycanın digər enerji layihələrinə getdikcə artan maraq da onu göstərir ki, Azərbaycanın enerji siyasəti bütün ölkələr arasında sülh və əməkdaşlıq prinsiplərinə xidmət edir.

Toplantıdakı çıxışında Prezident Azərbaycanın həm qaz hasilatını artırmağı, həm də ölkə daxilində enerji səmərəliliyini təmin etməyi planlaşdırdığını bildirib: “Biz itkilərin azaldılması proqramı, o cümlədən elektrik enerji və təbii qazın kombinasiyası əsasında daxili istehlak proqramı üzərində çalışırıq. Beləliklə, Azərbaycanda elektrik enerjisinin istehsalında istifadə olunan təbii qaza ixrac məqsədilə daha çox qənaət etmiş olarıq”.

Azərbaycanın elektrik və yaşıl enerji ixracatçısına çevrilməsi istiqamətində görülən işlərdən danışan Prezident İlham Əliyev bu prosesə getdikcə daha çox ölkənin cəlb olunacağını qeyd edib: “Bu gün komandamızda yalnız dörd iştirakçı ölkə olsa da, bu sayın artma potensialı var, çünki biz düşünürük ki, yalnız hökumətlər deyil, şirkətlər də bu mühüm təşəbbüsdə iştirak etməyə maraq göstərəcəklər.

Bu gün biz Azərbaycanda “Masdar” və “ACWA Power” kimi investorlarla birlikdə günəş və külək enerjisinin istehsalı ilə bağlı iki sərmayə layihəsini həyata keçirilir. Bu layihələrin ümumi həcmi 470 meqavatdır. Həmçinin bu yaxınlarda BP şirkəti ilə birlikdə bir layihənin icrasına başlanılacaqdır. Bu, işğaldan azad olunmuş Cəbrayıl rayonunun ərazisində inşa ediləcək 240 meqavatlıq elektrik stansiyası olacaqdır. Yəni, cəmi 710 meqavat. Bu isə yüz milyonlarla kubmetr qaza ixrac məqsədləri üçün qənaət etməyə imkan verəcəkdir.

Bərpa olunan enerji ilə bağlı planlarımıza gəldikdə, həm quruda, həm də dənizdə 25 qiqavat bərpaolunan günəş və külək enerjisi istehsal ediləcəkdir. Bu həcmin 10 qiqavatı “Masdar” şirkəti, 12 qiqavatı “Fortescue” şirkəti tərəfindən istehsal olunacaqdır. “ACWA Power” şirkəti isə bugünkü mərasimdə imzalanmış və hazırda icra olunan razılaşmaya əlavə olaraq 2,5 qiqavat enerjinin istehsalı üzrə öhdəlik götürəcəkdir.

Azərbaycan, həmçinin çox böyük yaşıl enerji potensialına malikdir. Bu, artıq təsdiq olunmuş faktdır. Yalnız dənizdə külək enerjisinin potensialı 157 qiqavatdır, quruda külək və günəş enerjisinin potensialı 27 qiqavatdır, iki ildən də artıq müddət əvvəl Vətən müharibəsi zamanı azad etdiyimiz torpaqlarda 10 qiqavata yaxındır. Biz, həmçinin Naxçıvan Muxtar Respublikasında böyük bərpaolunan enerji potensialı müəyyən etmişik. Hazırda 500 meqavatlıq günəş elektrik stansiyasının tikintisinin mümkünlüyü ilə bağlı danışıqlar aparılır.

Dəkkəoba kənd tam orta məktəbinin müəllimi-VəfaXəlilli

 

Yeni marşrutların qurulması və yeni mənbələrin cəlb olunması ən önəmli məsələlərdəndir.

Fevralın 3-də Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında iştirak edən dövlətimizin başçısı İlham Əliyev VIII iclasdan ötən dövr ərzində Azərbaycanın enerji sektorunda qazandığı uğurlardan, dünyanın enerji təhlükəsizliyinə töhfələrindən geniş bəhs etdi. Onu da qeyd edək ki, Avropa Komissiyasının, Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanıstan, Albaniya, Moldova, Monteneqro, Serbiya, Ukrayna və Xorvatiyanın yüksək səviyyəli nümayəndələri, iri enerji şirkətlərinin, maliyyə təsisatlarının rəhbərləri iştirak ediblər. Xarici dövlət və təsisatların nümayəndələri tədbir zamanı bildiriblər ki, Azərbaycan dünyanın enerji təhlükəsizliyinin təminatına davamlı töhfələri ilə dünyanın diqqət mərkəzindədir. Azərbaycan bütün Avropa üçün strateji tərəfdaşdır. Azərbaycanla həmçinin Avropa İttifaqına üzv olan doqquz ölkə arasında strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu mövcuddur. Bu da ölkəmizin xaricdəki nüfuzunu bir daha göstərir.

Toplantıdakı çıxışında ölkə başçısı bildirib ki, “Enerji təhlükəsizliyi, həmçinin milli təhlükəsizlik məsələsidir. Biz yeni marşrutların qurulması və yeni resursların cəlb olunması sahəsində işləyirik. İndi görürük ki, bu, heç vaxt olmadığı qədər vacibdir” Azərbaycanın hər bir hədəfə çatması düşünülmüş və məqsədyönlü siyasətin nəticəsidir. Ölkəmizin enerji diplomatiyasının uğurları beynəlxalq səviyyədə də təqdir edilir. Bu inam ifadə olunur ki, Azərbaycan gələcəkdə də Cənub Qaz Dəhlizi kimi layihələri irəli sürəcək və uğurlu sonluqla başa çatmasına nail olacaqdır.

Tədbirdə iştirak edən Rumıniya Prezidenti Klaus Yohannis dövlətimizin başçısı İlham Əliyev ilə fevralın 2-də mətbuata bəyanatında bildirib ki, Cənubi Qafqaz bölgəsi həm Rumıniya, həm Avropa İttifaqı üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Cənubi Qafqaz bölgəsində ilk ölkədir ki, Rumıniya onunla əməkdaşlığını strateji tərəfdaşlıq səviyyəsinə qaldırıb. Bununla yanaşı, Rumıniya Avropa İttifaqının ilk üzvüdür ki, Azərbaycanla strateji tərəfdaşlıq haqqında belə bir sənəd imzalayıb. Rumıniya Azərbaycanın səmimi və əsl dostudur. Azərbaycanın beynəlxalq mövqeyinə işıq salan bu kimi fikirlər bir daha təsdiqləyir ki, ölkəmizin siyasəti əməkdaşlığa hesablanıb. Yeni dostların, tərəfdaşların qazanılması əsasında gündəmə gətirilən layihələr dünyanın enerji xəritəsini yenidən tərtib edir.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasları çərçivəsində dövlət başçısı İlham Əliyevin keçirdiyi görüşlər, günün aktual mövzusu olan enerji təhlükəsizliyinin təmin olunması istiqamətində aparılan müzakirələr, həmçinin imzalanan sənədlər ölkəmizin beynəlxalq nüfuzunun təqdimatıdır. Rumıniyanın neft şirkəti “Romqaz” və SOCAR arasında imzalanan sazişə əsasən, 2023-2024-cü illərdə Buxarestə əlavə qaz nəql ediləcək. İmzalanan sənədlər Avropa İttifaqında enerji təhlükəsizliyinin təmin edilməsinə nəzərəçarpan töhfə verəcək. Azərbaycan müasirliyə, inkişafa, enerji təhlükəsizliyinə doğru atılan addımların əsas təşəbbüscüsü və iştirakçısı olmaqla söz sahibliyini nümayiş etdirir.

Dəkkəoba kənd tam orta məktəbinin müəllimi- Mayisa Xəlilova

 

Enerji təchizatının davamlı şaxələndirilməsi zəruridir

Fevralın 3-də Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu mötəbər toplantıda iştirak edərək geniş məzmunlu çıxış edib.

Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bu reallıq Bakıda keçirilən tədbirdə bir daha səsləndirilib. İclaslarda Rumıniya Prezidenti Klaus Yohannisin, Avropa İttifaqının, Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanıstan, Albaniya, Moldova, Monteneqro, Serbiya, Ukrayna və Xorvatiyanın yüksəksəviyyəli nümayəndələrinin iştirakı bir daha onu deməyə əsas verir ki, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən enerji layihələri mühüm əməkdaşlıq platformaları yaratmaqla yanaşı, dünyanın enerji təhlükəsizliyində xüsusi rol oynayır.

Azərbaycan karbohidrogen resurslarını şaxələndirilmiş kəmərlər vasitəsilə ixrac edir. Eyni zamanda, bu məsələdə tranzit ölkə rolunu oynayır. Prezident İlham Əliyev Azərbaycanın böyük neft və qaz potensialına malik ölkə kimi dünya üçün önəmini dəfələrlə vurğulayıb. Azərbaycanın enerji siyasəti həm də Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən əməkdaşlıq sistemlərini formalaşdırır. Bu, hamının maraqlarına uyğundur və bu prosesdən bütün dövlətlər bəhrələnə bilir.

Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə İtaliya, Yunanıstan və Avropa İttifaqının bir neçə digər ölkəsinə qaz ixrac edir. Bununla yanaşı, digər Şərqi Avropa ölkələri də bu gün Azərbaycandan “mavi yanacaq” almaq niyyətini irəli sürür. Bildirilib ki, Cənub Qaz Dəhlizi iki ildən bir az çox vaxt əvvəl açılıb. Bu gün TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər genişləndirilməsi məsələləri nəzərdən keçirilir və TAP-ın 10 milyard kubmetrdən 20 milyard kubmetrə genişləndirilməsi haqqında danışıqlar aparılır.

Azərbaycanın təbii qaz ixracı ilbəil artır. İxrac 2021-ci ildə təxminən 19 milyard kubmetr, ötən il isə 22,6 milyard kubmetr olub. Cari ildə onun 24,5 milyard kubmetr olması nəzərdə tutulub. Bu da Avropa Komissiyası ilə Anlaşma Memorandumunun uğurla icra olunmasının bir göstəricisidir. Hazırda Azərbaycan nəinki hasilatı, o cümlədən ixracı artırır və həmçinin onun coğrafiyasını genişləndirir.

Fevralın 3-də keçirilən toplantıda Rumıniya Prezidenti Klaus Yohannisin dediyi kimi Azərbaycan öz təbii qazının ixracatını şaxələndirir və Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə töhfə verir. Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson isə vurğulayıb ki, Avropa İttifaqı və Azərbaycan artıq çox yaxşı əməkdaşlıq edirlər: “Enerji sahəsində strateji tərəfdaşlığa dair bizim yeni anlaşma memorandumumuz Cənub Qaz Dəhlizinin rolunu həm Avropa İttifaqı, həm Azərbaycan üçün gücləndirdi və onun genişlənməsinin dəstəklənməsi məqsədilə ümumi qətiyyətimizi nümayiş etdirdi”. Bu kimi amillər Azərbaycanın iqtisadi baxımdan qazancını artırmaqla yanaşı, ölkəmizə siyasi dividendlər də gətirir. Ölkəmiz dünya miqyasında etibarlı tərəfdaş kimi mövqelərini daha da gücləndirir. Bu isə bütövlükdə Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunu əhəmiyyətli dərəcədə gücləndirən faktorlar sırasındadır.

Həsən bəy Zərdabi muzeyinin  əməkdaşı – Gülbəniz Əhmədova.

 

Ölkə daxilində enerji səmərəliliyi üzərində işlər aparılır

Fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasları keçirildi. Azərbaycanın nümayəndələrinin bu iclaslarda fəal formada iştirakı bir çox Avropa ölkələrinin energetika sahəsində Azərbaycana böyük ümidlə baxdığını göstəricisidir. Prezident İlham Əliyevin istər Azərbaycanda, istərsə də Avropa ölkələrində tədbirlərdə son çıxışları onu göstərir ki, ölkəmiz etibarlı müttəfiqdir. Azərbaycanın mövqeyi həmişə birmənalı olub.

Qeyd edilməlidir ki, bu mötəbər tədbirdə Avropa Komissiyasının, Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanıstan, Albaniya, Moldova, Monteneqro, Serbiya, Ukrayna və Xorvatiyanın yüksək səviyyəli nümayəndələri, iri enerji şirkətlərinin, maliyyə təsisatlarının rəhbərləri iştirak ediblər.

Azərbaycanın qaz ixracının ildən-ilə artırır. Hədəf isə 2027-ci ilədək hazırkı həcmi ikiqat artırmaqdır. Ölkəmizin Avropa İttifaqı ilə də sazişi vardır. Avropa ölkələri ilə bu tərəfdaşlıq onu göstərir ki, Avropanın Azərbaycanla bağlı mövqeyi aydındır, tərəfdaşlıq məsələlərində inam çoxdur. Dövlətimizin başçısı da bunu qeyd edib ki, əsas məsələ inam məsələsidir. Prezident İlham Əliyev çıxışı zamanı bir daha vurğulayıb ki, enerji təhlükəsizliyi, həmçinin milli təhlükəsizlik məsələsidir. Biz yeni marşrutların qurulması və yeni resursların cəlb olunması sahəsində işləyirik. Ölkə başçısı enerji təchizatının davamlı şaxələndirilməsinə hazırlaşdıqlarını söyləyib: “Cənub Qaz Dəhlizi iki ildən bir az çox vaxt əvvəl istifadəyə verildi. Bu gün biz artıq TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər, TAP-ın isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndirilməsi haqqında danışırıq”. “Biz, həmçinin alternativ enerji mənbələrindən danışırıq. Bu, əslində bizim enerji təchizatımızın davamlı şaxələndirilməsinin göstəricisidir. Biz buna hazırıq», – deyə Azərbaycan Prezidenti bildirib. Qeyd edilib ki, təbii qaz ixracı 2021-ci ildə təxminən 19 milyard kubmetr, ötən il isə 22,6 milyard kubmetr olub. Cari ildə onun 24,5 milyard kubmetr olması gözlənilir. Bu, o deməkdir ki, Avropa Komissiyası ilə Anlaşma Memorandumu uğurla icra olunur. Azərbaycan nəinki hasilatı, o cümlədən ixracı artırır və həmçinin onun coğrafiyasını genişləndirir.

Azərbaycan Avropaya yaxın gələcəkdə indiki kimi yox, bundan qat-qat çox qaz ixracatında kömək edəcəkdir. Həmçinin Avropanın enerji problemlərini də həll ediləcəkdir. Prezident İlham Əliyevin də bildirdiyi kimi, Azərbaycanın təxminən 100 ildən çox müddət üçün yetəcək qaz ehtiyatları var.

Bu gün artıq yaşıl enerjidən və ya digər sahələrdən söhbət gedir. Azərbaycan bu sahədə çiyin-çiyinə işləməyə hazırdır. Azərbaycanın özünün də maliyyə imkanları var. Eyni zamanda, Dünya Bankı və beynəlxalq banklar da Azərbaycana dəstək göstərməyə davam etmək niyyətindədir. Bu, Azərbaycanın ildən-ilə artan nüfuzunun, dövlətimizə olan inamın təzahürüdür.

Həmçinin Türkmənistandan Azərbaycana Transxəzər qaz kəmərinin çəkilməsi planlaşdırılır. Bununla bağlı layihələr hazırdır. Bu boru kəməri çəkildikdən sonra biz Avropaya Türkmənistan qazı ilə birgə 100 milyard kubmetr təbii qaz ixrac edə biləcəyik. Bu da Avropanın təxminən 20 faizinin tələbatını qarşılayacaqdır.

Həsən bəy Zərdabi muzeyinin  əməkdaşı Tavad Qurbanova .

 

Xəzər dənizində külək enerjisi potensialı 157 qiqavatdır

Azərbaycan bu gün regionda nəhəng enerji layihələrinin müəllifinə və fəal iştirakçısına çevrilib. Ölkəmizin təşəbbüskarı olduğu layihələr təkcə region üçün deyil, dünya miqyasında da böyük əhəmiyyət daşıyır. Hər dəfə olduğu kimi, yenə də Azərbaycan ev sahibliyi edir, bu isə ölkəmizin layihədə aparıcı rolunu təsdiqləyən mühüm amillərdən biridir. Fevralın 3-də Bakıda “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasları keçirilir. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.

Qeyd edək ki, tədbirlərdə Avropa Komissiyasının, Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanıstan, Albaniya, Moldova, Monteneqro, Serbiya, Ukrayna və Xorvatiyanın yüksək səviyyəli nümayəndələri, iri enerji şirkətlərinin, maliyyə təsisatlarının rəhbərləri iştirak ediblər.

Prezident İlham Əliyev qeyd edilən iclasda çıxışı zamanı Azərbaycanın enerji təhlükəsizliyi sahəsində yeni bir səhifə açdığını, Rumıniya Prezidentinin bugünkü tədbirdə iştirakının enerji təhlükəsizliyi məsələlərinə böyük diqqət yetirdiyini, iki ölkə arasında əlaqələr daha uğurlu olacağını deyərək bildirib ki, çünki Azərbaycan dünyada çox etibarlı nüfuz qazanan tərəfdaşdır.

Dövlət başçısı çıxışı zamanı bir daha vurğulayıb ki, enerji təhlükəsizliyi, həmçinin milli təhlükəsizlik məsələsidir. Biz yeni marşrutların qurulması və yeni resursların cəlb olunması sahəsində işləyirik. Ölkə başçısı enerji təchizatının davamlı şaxələndirilməsinə hazırlaşdıqlarını söyləyib: “Cənub Qaz Dəhlizi iki ildən bir az çox vaxt əvvəl istifadəyə verildi. Bu gün biz artıq TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər, TAP-ın isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndirilməsi haqqında danışırıq”. “Biz, həmçinin alternativ enerji mənbələrindən danışırıq. Bu, əslində bizim enerji təchizatımızın davamlı şaxələndirilməsinin göstəricisidir. Biz buna hazırıq», – deyə Azərbaycan Prezidenti vurğulayıb.

Prezident cənab İlham Əliyev, həmçinin Azərbaycan qaz təchizatının artırılması ilə bağlı Avropa Komissiyası ilə Anlaşma Memorandumunun imzalanmasından sonra fəal şəkildə əlavə imkanların yaradılması haqqında düşündüklərini söyləyib. Bildirilib ki, təbii qaz ixracı 2021-ci ildə təxminən 19 milyard kubmetr, ötən il isə 22,6 milyard kubmetr olub. Cari ildə onun 24,5 milyard kubmetr olması gözlənilir. Bu, o deməkdir ki, Avropa Komissiyası ilə Anlaşma Memorandumu uğurla icra olunur. Azərbaycan nəinki hasilatı, o cümlədən ixracı artırır və həmçinin onun coğrafiyasını genişləndirir.

Qeyd edilib ki, hazırlanan layihələr gələcəyə doğru hesablanmalıdır. Azərbaycanın təbii qaz ehtiyatları ən azı 100 il üçün bəs edəcəkdir. Bərpaolunan enerji ölkəmizin planlarının bir hissəsidir. Üç əsas enerji şirkəti ilə razılaşma aparılıb və anlaşma memorandumu imzalanıb ki, 25 qiqavat həcmində bərpaolunan enerji resursları əsasında həm quruda, həm dənizdə külək və günəş enerjisi istehsal edilsin. Bu, çox böyük potensialdır.

Təkcə Xəzər dənizində külək enerjisi potensialının 157 qiqavat olduğunu vurğulayan dövlətimizin başçısı bildirib: “Quruda isə külək və günəş enerjisi potensialı 27 qiqavatdır. İki il əvvəl Vətən müharibəsi nəticəsində işğaldan azad etdiyimiz ərazilərdə külək və günəş enerjisi potensialı 10 qiqavatdan çoxdur. Biz Naxçıvan Muxtar Respublikasında da böyük potensial müəyyən etmişik. Hazırda biz 500 meqavatlıq günəş enerjisi stansiyasının tikilməsinə dair danışıqlar aparırıq”.

Cənub Qaz Dəhlizi layihəsi – Avropanın yeni enerji damarıdır. Artıq Azərbaycan qazı Avropa üçün yeni, etibarlı və uzunmüddətli mənbə olacaqdır. Dövlət başçımızın dediyi kimi: «Biz enerji təhlükəsizliyi sahəsində yeni bir səhifə açırıq».

Həsən bəy Zərdabi muzeyinin  əməkdaşı – Gülbəniz Əhmədov

 

Xəzər dənizində külək enerjisi potensialı 157 qiqavatdır  

Cənub Qaz Dəhlizi Məşvərət Şurasının səkkizinci toplantısından sonra dünyada çox şey dəyişmişdir. Toplantı 2022-ci ildə Azərbaycanda keçirilmişdi.Dünya dəyişmişdir. Enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün
əhəmiyyəti daha da artmaqdadır. Enerji təhlükəsizliyi həqiqətən milli təhlükəsizlik məsələsidir. Yeni marşrutların qurulması və yeni mənbələrin cəlb olunmasına gəldikdə, bütün bunlar göstərilən səylər nəticəsində ərsəyə
gəlmişdir. Bu olduqca vacibdir. Yaxşı haldır ki, ölkəmiz hər bir şeyi vaxt itirmədən etməyə nail oldu. Cənub Qaz Dəhlizi layihəsinin icrasında müəyyən yubanmalar olmasına rəğmən biz onu mümkün qədər tez başa çatdırmağa çox sadiq idik. İndi isə biz artıq onun genişləndirilməsi haqqında işlərdən söhbət
açırıq.

TAP-ın 10 milyard kubmetrdən 20 milyard kubmetrə genişləndirilməsi haqqında müzakirələr getməkdədir. Bu, alternativ enerji mənbəyinə böyük ehtiyac duyulduğunu göstərir. Bu, enerji təchizatının davamlı şaxələndirilməsinin zəruriliyini nümayiş etdirir. Azərbaycan buna hazırdır. Ona görə, əvvəlki illərdə birgə səylərimizlə görülmüş bütün işlər bu gün bizim səlahiyyətimizdədir.
Bu gün Azərbaycanda “Masdar” və “ACWA Power” kimi investorlarla birlikdə günəş və külək enerjisinin istehsalı ilə bağlı iki sərmayə layihəsini həyata keçirilir. Bu layihələrin ümumi həcmi 470 meqavatdır. Həmçinin bu yaxınlarda BP şirkəti ilə birlikdə bir layihənin icrasına başlanılacaqdır. Bu,işğaldan azad olunmuş Cəbrayıl rayonunun ərazisində inşa ediləcək 240 meqavatlıq elektrik stansiyası olacaqdır. Yəni, cəmi 710 meqavat. Hər şey plan üzrə gedərsə, təxminən bir il və ya ilyarım ərzində biz bu həcmdə bərpaolunan enerji istehsal edəcəyik. Bu isə yüz milyonlarla kubmetr qaza ixrac məqsədləri üçün qənaət etməyə imkan verəcəkdir.Bərpaolunan enerji ilə bağlı planlarımıza gəldikdə, hələ ki, üç əsas enerji şirkəti ilə ölkəmiz arasında razılaşdırılmış və imzalanmış anlaşma memorandumu var. Onlara uyğun olaraq həm quruda, həm də dənizdə 25 qiqavat bərpaolunan günəş və külək enerjisi istehsal ediləcəkdir. Bu həcmin 10 qiqavatı “Masdar” şirkəti, 12 qiqavatı “Fortescue” şirkəti tərəfindən istehsal olunacaqdır. “ACWA Power” şirkəti isə imzalanmış və hazırda icra olunan razılaşmaya əlavə olaraq 2,5 qiqavat enerjinin istehsalı üzrə öhdəlik götürəcəkdir. Bu, həqiqətən də çox böyük potensialdır.
Azərbaycan, həmçinin çox böyük yaşıl enerji potensialına malikdir. Bu,artıq təsdiq olunmuş faktdır. Yalnız dənizdə külək enerjisinin potensialı 157 qiqavatdır, quruda külək və günəş enerjisinin potensialı 27 qiqavatdır, iki ildən də artıq müddət əvvəl Vətən müharibəsi zamanı azad etdiyimiz torpaqlarda 10 qiqavata yaxındır. Hazırda 500 meqavatlıq günəş elektrik stansiyasının tikintisinin mümkünlüyü ilə bağlı danışıqlar aparılır.

Həsən bəy Zərdabi muzeyinin əməkdaşı -Leyla Əliyeva.

 

Layihələr gələcəyə doğru hesablanmalıdır.

Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının keçirilməsi ölkəmizin enerji diplomatiyasının reallaşdırılmasında yeni uğurlu səhifədir. Bu iclaslar, ilk növbədə, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasının Avropa qitəsinin enerji təminatında rolunun artdığını və açar ölkə olduğunu göstərir. İclasda Avropa İttifaqının üzvü olan Rumıniya Prezidentinin iştirak etməsi isə qitə üçün Azərbaycanın önəmli ölkə olduğunu təsdiqləyir.

Prezident cənab  İlham Əliyevin tədbirdəki nitqi təkcə bugünkü vəziyyətin təhlili deyil, eyni zamanda, perspektivlərin planlaşdırılması baxımından da əhəmiyyətlidir: “Dövlət başçısının “dünya dəyişib, enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti daha da artır və adətən görüşlərdə söylədiyimiz kimi enerji təhlükəsizliyi həqiqətən milli təhlükəsizlik məsələsidir. Yeni marşrutların qurulması və yeni mənbələrin cəlb olunmasına gəldikdə, bütün bunlar birgə səylərimizlə edilmişdir və indi görünür, bu, heç vaxt görünmədiyi kimi vacibdir. Yaxşı haldır ki, biz hər bir şeyi vaxtında etdik, vaxt itirmədik” sözləri göstərir ki, bütün işlər əvvəlcədən dəqiq planlaşdırılır və həyata keçirilir. Toplantı genişləndirmənin əsas istiqamətlərinin müəyyənləşdirilməsi baxımından da önəmlidir. İclas iştirakçılarının sayının əvvəlkilərlə müqayisədə çoxluğu Azərbaycan rəhbərinin zəmanəmizin görkəmli dövlət xadimi olduğunu, siyasi iradəsini, üzərinə götürdüyü öhdəliyi dəqiq yerinə yetirdiyini, etibarlı tərəfdaş və iştirakçılar arasında etimad mühitini göstərir. Azərbaycan rəhbərinin iştirakçı ölkələrlə siyasi münasibətləri inkişaf etdirməsi, eləcə də fəal əlaqələndirmə və Avropa Komissiyası ilə əməkdaşlıq qısa müddətdə öz nəticəsini verib. Yunanıstanla Bolqarıstan arasında interkonnektor açılıb, Azərbaycanla Macarıstan arasında qaz təchizatı sahəsində Anlaşma Memorandumu imzalanıb. Bundan başqa, Azərbaycanla Rumıniya arasında qaz təchizatı haqqında sazişin imzalanması ilə Buxarest Cənub Qaz Dəhlizində iştirak edən ölkələrin heyətinə qoşulub, ilk dəfə olaraq Yaşıl Enerji Məşvərət Şurasının iclası keçirilib, Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya yaşıl enerjinin istehsalı və nəqli sahəsində saziş imzalayıblar”.

Azərbaycanın təşəbbüsünün Avropa Komissiyası, ABŞ və Böyük Britaniya tərəfindən fəal dəstəklənməsi, ölkəmizin dünyanın aparıcı maliyyə qurumları ilə əməkdaşlıq etməsi mühüm məsələlərdən biridir. “Digər bir vacib məsələ, Qara dənizin dibi ilə çəkiləcək elektrik kabelidir. Bu, Avropa qitəsində potensial əməkdaşlıq imkanları açır. Prezident cənab  İlham Əliyevin “əminəm ki, Rumıniya və Macarıstan yaşıl enerjini qəbul edəcək son məntəqələr olmayacaq” sözləri enerji diplomatiyasının genişlənəcəyindən xəbər verir. Çünki indiyədək Azərbaycan rəhbəri reallaşdırmayacağı heç bir sözü deməyib. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Cənub Qaz Dəhlizi və digərləri yaxın tariximiz və gerçəkliyimizdir. Bunlar Azərbaycanın enerji diplomatiyasının genişlənmə və yeni uğurlar astanasında olduğunu sübut edir. Beynəlxalq tədbir bir daha göstərdi ki, Azərbaycan Avropa qitəsi ölkələrinin milli təhlükəsizliyinin tərkib hissəsi olan enerji təhlükəsizliyinin təmin edilməsində vacib ölkədir. Deməli, görülən işlər, sadəcə, enerji məsələsi deyil, həmçinin Azərbaycan dövlətinin qüdrətinin artması, dünya siyasətində yerinin möhkəmləndirilməsi və vətəndaşlarının daha yaxşı yaşaması imkanlarının artması deməkdir”,

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı-Hacızadə Aişə.

 

Cənub Qaz Dəhlizi iki ildən bir az çox vaxt əvvəl açıldı

2023-cü il fevralın 3-də Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı olub.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.Dövlətimizin başçısı tədbirdə çıxış edib. Enerji təhlükəsizliyi həqiqətən milli təhlükəsizlik məsələsidir. Dünya dəyişib, enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti daha da artır. Rumıniya enerji təhlükəsizliyi məsələlərinə böyük diqqət yetirir. Bu gün biz artıq TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər genişləndirilməsini nəzərdən keçiririk və TAP-ın 10 milyard kubmetrdən 20 milyard kubmetrə genişləndirilməsi haqqında danışırıq. Rumıniya ilə gələcək ümumi addımlar əlaqələndirmə nəticəsində atılacaqdır. Yeni marşrutların qurulması və yeni mənbələrin cəlb olunması ən önəmli məsələlərdəndir. Cənub Qaz Dəhlizi layihəsinin icrasında müəyyən yubanmalar oldu, lakin biz onu mümkün qədər tez başa çatdırmağa çox sadiq idik. İndi isə biz artıq onun genişləndirilməsi haqqında danışırıq. Enerji təchizatının davamlı şaxələndirilməsi zəruridir. Azərbaycan buna hazırdır. Ona görə, əvvəlki illərdə birgə səylərimizlə görülmüş bütün işlər bu gün bizim səlahiyyətimizdədir və bizim heyətimiz daha da böyüyür.Ötən il Bakıda Avropa Komissiyasının rəhbəri xanım Ursula Fon der Lyayenin iştirakı ilə imzalanmış enerji sahəsində Strateji Memorandum uğurlu əməkdaşlığımızın zəmanətidir. Təbii qaz ixracı artır. İxrac 2021-ci ildə təxminən 19 milyard kubmetr, ötən il isə 22,6 milyard kubmetr olmuşdur. Cari ildə onun 24,5 milyard kubmetr olmasını gözləyirik. Bu, o deməkdir ki, Avropa Komissiyası ilə Anlaşma Memorandumu uğurla icra olunur. Azərbaycan nəinki hasilatı, o cümlədən ixracı artırır və həmçinin onun coğrafiyasını genişləndirir. Avropaya qaz təchizatının artırılması ilə bağlı Avropa Komissiyası ilə imzalanmış Anlaşma Memorandumundan dərhal sonra Azərbaycandan daha çox qazın təchiz edilməsi məqsədilə əlavə imkanların yaradılması üçün fəal şəkildə işlər görülür. İtkilərin azaldılması proqramı, o cümlədən elektrik enerji və təbii qazın kombinasiyası əsasında daxili istehlak proqramı üzərində işlər aparılır.Xəzər dənizində külək enerjisi potensialı 157 qiqavatdır. Quruda isə külək və günəş enerjisi potensialı 27 qiqavatdır. Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərdə külək və günəş enerjisi potensialı 10 qiqavatdan çoxdur. Hazırda 500 meqavatlıq günəş enerjisi stansiyasının tikilməsinə dair danışıqlar aparılır.Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya, Rumıniya, Moldova və Macarıstan hökumətləri layihədə fəal iştirak edirlər.Avropa Komissiyası, həmçinin ABŞ və Böyük Britaniya hökumətləri layihəyə davamlı dəstək göstərir, eləcə də investisiya və maliyyə imkanları da daxil olmaqla geniş əməkdaşlıq üçün güclü bünövrə təmin edirlər.Aparıcı maliyyə qurumları layihəyə maraq göstərir. Bunlar Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyasıdır.Azərbaycanda “Masdar” və “ACWA Power” kimi investorlarla birlikdə günəş və külək enerjisinin istehsalı ilə bağlı iki sərmayə layihəsi həyata keçirilir. Bu layihələrin ümumi həcmi 470 meqavatdır. Həmçinin bu yaxınlarda BP şirkəti ilə birlikdə bir layihənin icrasına başlayacağıq. Bu, işğaldan azad olunmuş Cəbrayıl rayonunun ərazisində inşa ediləcək 240 meqavatlıq elektrik stansiyası olacaqdır.Bizim müxtəlif formatlarda və müxtəlif ölkələrlə birgə həyata keçirdiyimiz bütün layihələr – istər Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, istər Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, istərsə də Cənub Qaz Dəhlizi – hamısı uğurlu olmuşdur.Avropa qitəsində həm təbii qaz, həm də bərpaolunan enerji istehsalı ilə bağlı gələcək planlarımız uğurlu olacaqdır. Bunun üçün işimizi komanda şəklində davam etdirməli, bir-birimizi davamlı surətdə dəstəkləməliyik.

Heydər Əliyev Mərkəzinin  Elmi işçisi – Alagöz Namazova

 

Enerji təchizatının davamlı şaxələndirilməsi zəruridir

Fevral ayının 3-də Azərbaycan doqquzuncu dəfə ölkə başçımızın təşəbbüsü ilə yaradılan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısına evsahibliyi etdi. Toplantıda iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev Şuranın hər bir iclasında ənənəvi olaraq əməkdaşlıq sahələri, gələcək planlar və perspektivlər barədə müzakirələrin aparıldığını və bu istiqamətdə müəyyən nailiyyətlərin əldə olunduğunu diqqətə çatdıraraq budəfəki görüşdə də bir çox məsələlərin, görülən işlərin nəzərdən keçiriləcəyini və gələcək planların müəyyənləşdiriləcəyini bildirmişdir: “Cənub Qaz Dəhlizi Məşvərət Şurasının səkkizinci toplantısından sonra dünyada çox şey dəyişibdir. O toplantı bir il öncə burada keçirilmişdi. Dünya dəyişib, enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti daha da artır və adətən görüşlərdə söylədiyimiz kimi, enerji təhlükəsizliyi həqiqətən milli təhlükəsizlik məsələsidir. Yeni marşrutların qurulması və yeni mənbələrin cəlb olunmasına gəldikdə, bütün bunlar birgə səylərimizlə edilmişdir və indi görünür, bu, heç vaxt görünmədiyi kimi vacibdir”.

Dövlət başçımız Azərbaycanın hər zaman beynəlxalq bazarlarda enerji resurslarının etibarlı təchizatçısı olduğunu vurğulayaraq Cənub Qaz Dəhlizinin iki il bundan əvvəl açıldığını və artıq TANAP və TAP layihələrinin genişləndirilməsi istiqamətində danışıqların aparıldığını bildirmişdir. Enerji təchizatının şaxələndirilməsinin vacibliyini deyən Azərbaycan Prezidenti Cənub Qaz Dəhlizində iştirak edən tərəfdaş ölkələrin sayının artdığını, Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya ilə yanaşı, Rumıniya, Moldova və Macarıstanın da heyətə qoşulduğunu qeyd etmiş və bunu siyasi məsələlərlə paralel olaraq, həm də yüksək səviyyədə qarşılıqlı etimadın mövcudluğu ilə əlaqələndirmişdir. Belə ki, ötən il dekabr ayının 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması müstəqil daxili və xarici siyasət yürüdən, təbii resursları hesabına iqtisadiyyatı dinamik surətdə inkişaf edən ölkəmizin yaxın gələcəkdə Avropa qitəsinin elektrik enerjisi, eyni zamanda yaşıl enerji təchizatçısına çevriləcəyinin göstəricisidir. Enerji təhlükəsizliyi sahəsində Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirən bu layihə ölkələr arasında təbii qaz, elektrik enerjisi sektorunda əməkdaşlıq üçün yeni imkanlar yaradır.

Azərbaycanın dövlət başçısı iştirakçı ölkələrdən başqa bu prosesdə, həmçinin bir-birilə strateji əlaqələr qurmuş iki aparıcı şirkət olan SOCAR və BP-nin, eyni zamanda Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi aparıcı maliyyə qurumlarının da iştirak etdiyini vurğulamışdır. Cənub Qaz Dəhlizində iştirak edən ölkələrlə sıx siyasi münasibətlər, fəal əlaqələndirmə, Avropa Komissiyası ilə Azərbaycanın bu təşəbbüslərə səmərəli rəhbərliyi nəticəsində bu gün Avropa İttifaqı ilə Azərbaycan arasında təbii qazı, elektrik enerjisini, hidrogeni və yaşıl hidrogeni əhatə edən enerji dialoqunun həyata keçirildiyi bir daha toplantı iştirakçılarının diqqətinə çatdırılmışdır.

Ötən il Avropa Komissiyasının rəhbəri xanım Ursula Fon der Lyayen ilə imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Memorandumun gələcək planların həyata keçirilməsində aydın yol xəritəsi olduğunu deyən dövlət başçımız zəngin təbii ehtiyatlara sahib olan ölkəmizdə 2027-ci ildə Avropaya qaz ixracının iki dəfə artırılmasının planlaşdırıldığına da diqqət çəkmişdir.

2022-ci ilin dekabr ayında enerji təhlükəsizliyi sahəsində həyata keçirilən mühüm işlərdən bəhs edən Prezident Azərbaycan və Rumıniya arasında qaz təchizatı haqqında, həmçinin Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında Yaşıl Enerjinin İstehsalı və Nəqli sahəsində sazişlərin imzalandığını bildirmişdir. Bütün bu görülən işlərin enerji təhlükəsizliyi sahəsində yeni əməkdaşlıq imkanlarının yaradılmasında əhəmiyyətini vurğulayan İlham Əliyev Cənub Qaz Dəhlizinin Məşvərət Şurası çərçivəsində ilk olaraq Yaşıl Enerji Məşvərət Şurasının keçiriləcəyini və bu heyətin tərkibində 4 ölkənin olmasına baxmayaraq, bu sayın artma potensialının çox yüksək olduğunu və yalnız hökumətlərin deyil, gələcəkdə şirkətlərin də bu mühüm təşəbbüsdə iştirak etməyə maraq göstərəcəklərinə əminliyini ifadə etmişdir. Cənub Qaz Dəhlizində səmərəli əməkdaşlığın bərpaolunan enerji sahəsində də davam etdiriləcəyinə ümid olduğunu bildirən Azərbaycan Prezidenti Yaşıl Enerji Məşvərət Şurasının ilk iclasında konseptual məsələlərin həll edilməsinin, bu aspektdə iştirakçı ölkələrin fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinin vacibliyini qeyd edərək demişdir: “… Sözsüz ki, konseptual məsələlər həllini tapmalıdır: öz fəaliyyətimizi necə quracağıq, hər iştirakçı ölkənin məsuliyyəti nədən ibarət olacaq, özəl şirkətlər necə cəlb olunacaq, – bu, şirkətlərdən ibarət konsorsiummu olacaq, yoxsa hər bir iştirakçı dövlət öz suveren ərazisində üzərinə düşən işi özü yerinə yetirəcək? Bütün bu məsələləri müzakirə etmək və razılaşdırmaq tələb olunur”. Ölkə başçısı bu məsələnin yalnız Azərbaycandakı quru və dəniz yataqlarında bərpaolunan enerjinin istehsalı, yaxud Gürcüstanla sərhədimizə qədər yeni ötürücü elektrik xəttinin çəkilməsi ilə deyil, habelə Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi ilə bağlı olduğunu da nəzərə çatdırmışdır.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı- İmanova Xanım

 

Yeni marşrutların qurulması və yeni mənbələrin cəlb olunması ən önəmli məsələlərdəndir.

“Ötən 15 il ərzində Avropa bazarında neft təchizatçısı kimi etibarlı tərəfdaşa çevrilmiş respublikamız 2020-ci ilin dekabr ayının son günündə Cənub Qaz Dəhlizinin sonuncu hissəsini – Transadriatik qaz kəmərini (TAP) istifadəyə verməklə faktiki olaraq Avropa İttifaqına qaz bazarına daxil oldu. 2021-ci ildə Azərbaycan Avropa regionuna səkkiz milyard kubmetr, 2022-ci ildə on bir milyard kubmetrdən çox qaz ixrac edib. Avropa İttifaqı ilə Azərbaycan arasında qaz nəqli sahəsində yeni əməkdaşlıq sazişinin imzalanması yanacağın ixracı üçün yeni fürsətlər yaradır. Razılaşmaya əsasən, Avropaya qarşıdakı illərdə daha böyük həcmdə qaz ixrac ediləcək. Proqnozlara görə, 2023-25-ci illərdə ölkəmizin qaz istehsalı 40% artacaq və Avropaya qaz nəql edən TAP kəmərinin illik gücü 20 milyard kubmetrədək artırıla bilər. Buna görə də TANAP-ın və TAP-ın buraxıcılıq qabiliyyətinin iki dəfə artırılması nəzərdə tutulur ki, bu da Cənub Qaz Dəhlizinin genişləndirilməsini gündəmə gətirir”.

Son bir ildə regionda yaranmış yeni geosiyasi reallıqlar enerji siyasətində bir sıra mühüm dəyişiklikləri də meydana çıxarıb. Dünya dəyişib, enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti daha da artır və enerji təhlükəsizliyi, həqiqətən, milli təhlükəsizlik məsələsidir. Yeni marşrutların qurulması və yeni mənbələrin cəlb olunması təşəbbüsləri artıb. Bu reallıqlar Cənub Qaz Dəhlizi Məşvərət Şurasının ötən dövrdə keçirilmiş iclasından sonra bir sıra yeni tələbləri meydana çıxarıb. Avropa regionuna yeni qaz ehtiyatları üçün tələblər də artır və bu vəziyyət Azərbaycanın da rolunun artmasına səbəb olmaqda, Avropa İttifaqına daha böyük həcmdə qaz ixrac etməsinə zərurət yaratmaqdadır. Bu baxımdan Cənub Qaz Dəhlizi Məşvərət Şurası üzvləri rəsmi Bakı ilə əməkdaşlıq platformasının yeni istiqamətlərini müzakirə etmək üçün paytaxtımıza toplaşıblar.

Hazırda Azərbaycan alternativ enerji mənbələri üzrə Avropa ilə sıx inteqrasiya proseslərində fəal iştirak edir. Respublikamız yaşıl enerji layihələrinə qoşularaq regionda yeni enerji marşrutlarının yaranmasında da təşəbbüskar mövqeyini ortaya qoyub:

“2022-ci il dekabrın 17-də Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Gürcüstanın Qara dəniz sahilindən Rumıniyanın Qara dəniz sahilinə qədər “Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsinə dair” Saziş imzalayıblar. Bu ixrac marşrutu Azərbaycanın yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevrilməsini təmin edəcək. Eləcə də bu günlərdə Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu “Masdar” şirkəti və Azərbaycan Dövlət Neft Şirkəti arasında külək və Günəş enerjisi stansiyalarının yaradılmasına dair razılaşma sənədinin imzalanması ortamüddətli dövrdə regional enerji layihələrinin həyata keçirilməsinə və Azərbaycanın Şərqə enerji ixracına başlamasına səbəb olacaq”.

 Zərdab Gənclər evi sosial xidmət müəssisəsinin metodisti –Mecidli Cəlal