Avropa qitəsində həm təbii qaz, həm də bərpaolunan enerji istehsalı ilə bağlı gələcək planlarımız uğurlu olacaqdır

Bu gün hər bir cəmiyyətin həm iqtisadiyyatının həm də sənayesinin davamlı inkişafı üçün enerji əvəz edilməz bir resurdur. Böyük bir regionu əhatə edən Avropa enerji istehlakının təhlükəsiz, rəqabətə davamlı şəkildə, o cümlədən Aİ-nin qəbul etdiyi qanunlar çərçivəsində qarşılanması prioritet hesab edilir. Avropa İttifaqı dünyanın ən böyük enerji istehlak edən regionlarından biri olmasına baxmayaraq, digər regionlarla müqayisədə enerji istehsalında olduqca kiçik paya sahibdir. Bu proses nəticə etibarı ilə regionun enerji asılılığının xarici təchizatçılar tərəfindən qarşılanmasına şərait yaratmışdır. Yaşıl enerji ilə bağlı olan və artıq icra olunan layihələr  Azərbaycanı Avropa üçün daha da yaxın edəcək. Azərbaycan Avropa İttifaqı ilə enerji dialoqunda yeni mövzular olan yaşıl enerji və yaşıl hidrogen böyük perspektivi olan sahədir və Azərbaycan iqtisadiyyatına çox böyük fayda gətirəcək. Azərbaycan azad edilmiş ərazilərin də potensialından istifadə olunması istiqamətində ciddi addımlar atmağa başlayıb. Azərbaycanın zəngin enerji resurslarının dünya bazarına çıxarılması istiqamətində Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyi sayəsində 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” ilə başlayan şərəfli yol bu gün Ulu Öndərimizin layiqli davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə yeni dövrün və ən müasir texnoloji inkişaf reallıqları nəzərə alınaraq uğurla davam etdirilir. Azərbaycanın nəhəng enerji potensialı ölkəmizin daha neçə onilliklər ərzində də Avropanın enerji təminatında həlledici rol oynamasına imkan yaradacaq.

Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Bahar Qurbanova

 

Güclü siyasi iradəmiz və fəaliyyətimizin uğurlu tarixçəsi var

Azərbaycan iqtisadiyyatı dünya miqyasında öz layiqli yerini tutmuşdur. Bu, bizə iqtisadiyyatımızı şaxələndirməyə, islahatları uğurla həyata keçirməyə, əlverişli biznes mühiti yaratmağa, sosial infrastrukturumuza böyük həcmdə investisiya yatırmağa, əhalinin yaşayış səviyyəsini yüksəltməyə imkan verdi. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadə etmək məqsədilə 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi”nin uğurları buğünkü reallıqlarda özünün aydın ifadəsini tapıb. Regional çərçivədə qurulan əməkdaşlığın coğrafiyası məhz bu unikal layihənin reallaşması sayəsində genişlənərək Azərbaycanın dünyanın enerji xəritəsini dəyişməsi ilə nəticələnməkdədir. Azərbaycan iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurlu icrası nəticəsində bu gün regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçılarından birinə çevrilib. Bu layihələr yalnız iştirakcı deyil, digər dünya ölkələrinin də davamlı iqtisadi inkişafının təmin olunmasına öz müsbət təsirini göstərir. Uğurlu sonluqla başa çatan hər bir layihə yeni layihənin gündəmə gətirilməsinə stimul verir. Enerji marşrutlarının şaxələndirilməsi, enerji təhlükəsizliyi kimi hədəflərin Azərbaycanda necə uzaqgörənliklə proqnozlaşdırıldığı müasir dünyamızın reallıqlarında öz təsdiqini tapdı.

Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Ehtiram Osmanov

 

Xəzər dənizində külək enerjisi potensialı 157 qiqavatdır

Dünyada enerji təhlükəsizliyinin təmin edilməsi ilə bağlı məsələlərin aktuallığının artması ölkələrin qarşısına özlərinin enerji siyasətlərini dəyişməklə bağlı yeni çağırışlar qoyub. Azərbaycan Xəzər dənizini bərpa olunan enerji mənbəyi kimi yenidən kəşf edir. Azərbaycanın enerji mənbələrinin şaxələndirilməsi siyasəti ölkəmizin bu sahədə zəngin potensialına əsaslanır. Belə ki, respublikamız alternativ və bərpa olunan enerji mənbələri ilə zəngin bir diyardır. İlkin hesablamalar göstərir ki, Xəzər dənizi külək enerjisi baxımından böyük potensiala malikdir. İşğaldan azad edilən ərazilərimiz də bərpa olunan enerji mənbələri ilə kifayət qədər zəngindir. Ancaq Azərbaycan malik olduğu enerji ehtiyatlarından nəinki təkcə ölkə iqtisadiyyatının gücləndirilməsi üçün istifadə edir, həm də bu sahə üzrə artıq tam təhlükəsizliyə nail olmuşdur. Digər tərəfdən o da mühüm faktdır ki, enerji ehtiyatları hələ uzun illər ərzində Azərbaycana külli miqdarda xarici kapital axınını təmin edəcəkdir. Bu gün Azərbaycan Respublikası özünün zəngin enerji ehtiyatlarından səmərəli istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca faktorlardan birinə çevrilib. Azərbaycanın enerji siyasəti regionda təhlükəsizliyin möhkəmlənməsində strateji faktor kimi çıxış edir. Qarşılıqlı investisiya qoyuluşunun artması, yeni əməkdaşlıq platformalarının gündəmə gətirilməsi, enerji resurslarının, karbohidrogen ehtiyatlarının əlverişli və təhlükəsiz marşrutlarla daşınması regional miqyasda hazırkı əməkdaşlığın səmərəli nəticələridir. Şübhəsiz ki, regionda bu günə qədər həyata keçirilən və əməkdaşlığa təkan verən layihələrdə Azərbaycanın siyasi iradəsi və qətiyyəti öz sözünü demişdir. Enerji siyasəti ölkəmizin beynəlxalq arenadakı mövqeyini, həmçinin regionun və regionətrafı coğrafiyanın geostrateji təhlükəsizliyini daha da gücləndirir.

Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Məleykə Hümbətova

 

Təbii qaz ixracı artır

Azərbaycan qaz ehtiyatları baxımından münasib regionlardan biri sayılır. Respublikamızda neft hasilatı sənayesinin tarixi XIX əsrə gedib çıxsa da, qaz sənayesinin tarixi əsasən ötən əsrin ortalarından başlayır. Qaz resursları əsasən dənizdən hasil olunur, amma bununla yanaşı, bu yanacaq növünə quruda da rast gəlmək mümkündür. Burada zəngin qaz ehtiyatlarının mövcudluğu əsrin ortalarında  Azərbaycan qaz sənayesinin və vahid qaz şəbəkəsinin yaranmasına səbəb olmuşdur. Bununla belə iqtisadi dirçəliş burada təbii qaza olan ehtiyacı daha da artırmış və respublikamız müəyyən dövrlərdə vahid qaz sistemindən əlavə yanacaq alaraq bu enerji daşıyıcısına olan ehtiyacını ödəmişdir. Yeni neft-qaz yataqlarında istismarın genişləndirilməsi, mövcud ehtiyatlardan səmərəli istifadə yaxın vaxtlarda bu problemin həllini reallaşdırdı, Azərbaycan qaz ixrac edən bir ölkəyə çevrildi. Azərbaycanda qaz quruda və dənizdə hasil edilir. Uzun illər respublikamızda qaz quru sahələrdə hasil edilmişdirsə, hazırda bu nisbət kəskin olaraq dəniz yataqlarının xeyrinə dəyişmişdir. Azərbaycan yerləşdiyi regionda əlverişli coğrafi relyefə malik olmaqla yanaşı, zəngin mineral resursları ilə də dünyanın diqqət mərkəzindədir. Xüsusilə də, Xəzərin Azərbaycan sektorunda yerləşən karbohidrogen ehtiyatları ilə zəngin yataqları daha perspektivli və uzunömürlü olması ilə diqqəti cəlb edir. Azərbaycanın həyata keçirdiyi enerji siyasəti regionun geosiyasi mənzərəsini dəyişdirməklə yanaşı, bölgədə sülh, dostluq və təhlükəsizlik dəhlizinin daha da genişlənməsinə imkan yaratmışdır. Bu strategiya ölkəmizin həyata keçirdiyi enerji siyasətini daha da zənginləşdirib və respublikamız dünyada təchizatçı kimi mövqeyini möhkəmləndirib. Son illər karbohidrogen ehtiyatlarının hasilatında və nəqlində artım meyilləri baş verib, xarici ölkələrə ixrac olunan yanacaq resurslarının həcmi əhəmiyyətli dərəcədə artıb.

Zərdab Rayon Gənclər və İdman idarəsinin Rəis müavini-Əvəz Soltanov

 

Strateji tərəfdaş

Azərbaycanla Rumıniya dövlətlərarası əlaqələrin hələ qədim dövrdən başlayan tarixi kökləri mövcuddur. Rumıniya respublikamızın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biri olmuşdur. Rumıniya 1991-ci ildə müstəqilliyimizin bərpa edilməsini tanıyan ilk Avropa dövlətlərindən biridir. Rumıniya Azərbaycanın dövlət müstəqilliyini 11 dekabr 1991-ci ildə rəsmi şəkildə tanımışdır. İki ölkə arasında diplomatik əlaqələr 19 iyun 1992-ci il tarixində yaradılmışdır. Həmin illərdən başlayaraq Azərbaycan–Rumıniya münasibətləri davamlı olaraq dostluq və əməkdaşlıq ruhunda inkişaf etmişdir. Rumıniya ilə qarşılıqlı faydalı münasibətlərin bütün strateji əhəmiyyətli sahələrdə inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətində mühüm istiqamətlərdən birinə çevrilmişdir. Ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar nəticəsində Azərbaycanda qlobal enerji layihələrinin həyata keçirilməsi ilə yanaşı, qeyri-neft sektorunun, ticarət-iqtisadi sahədə əlaqələrin inkişafı, nəqliyyat, energetika, sənaye, kənd təsərrüfatı məhsullarının idxalı, mədəniyyət, turizm sahələrində qarşılıqlı əməkdaşlıq hər iki tərəf üçün olduqca əhəmiyyətlidir. Azərbaycan Respublikası beynəlxalq təşkilatların işində fəal iştirak edərək milli maraqlarını qlobal siyasətdə müdafiə etməklə üzləşdiyi təhlükəsizlik problemlərinə tərəfdaş dövlətlərin diqqətini cəlb edir.

Rəvanə Hidayətova-Könüllü gənc