Nəqliyyat-logistika sahəsində böyük potensial var

İqtisadi münasibətlər siyasi münasibətlər üzərində qurulur və burada ölkə liderləri arasındakı dostluq münasibətləri çox önəmlidir.  İki ölkə arasında    iqtisadi münasibətlər üçün çox geniş imkanlar mövcuddur. Ölkələrimiz arasında energetika və qaz ixracı ilə bağlı artıq razılaşmalar imzalanıb, bu istiqamətdə perspektivlər var və reallaşdırılması üzrə danışıqlar aparılır. Azərbaycan-Serbiya iqtisadi əməkdaşlığının qeyri-enerji, qeyri-neft sahəsinə dair də geniş imkanlar mövcuddur. Azərbaycan Avroatlantik məkanın aparıcı nəqliyyat-tranzit qovşağına çevrildiyi kimi, Serbiya da Avropanın çox mühüm nəqliyyat qovşağıdır. Serbiyanın ərazisindən 2 mühüm ümumavropa nəqliyyat dəhlizi keçir, dəmir yolu və su (çay) nəqliyyatı yüksək inkişaf göstəricilərinə malikdir və sair. Bu baxımdan, Azərbaycan-Serbiya nəqliyyat-logistika əlaqələri uzunmüddətli perspektivlər vəd edir və ölkəmizin Serbiya üzərindən Avropada daha geniş bazara çıxış imkanlarını artıra bilər. Nəqliyyat-logistika sahəsində müvafiq qurumlar təmas yaradıbdır və nəticə əsaslı fəaliyyətə başlanılıb.  Bu istiqamətdə də Azərbaycan-Serbiya münasibətləri perspektivlidir. Azərbaycan-Serbiya iqtisadi münasibətləri üçün zəngin perspektivlər və etibarlı siyasi dayaq mövcuddur. Azərbaycan öz imkanlarını, potensialını bölüşməyi bacaran və ən əsası potensial imkanlarını siyasi təsir vasitəsinə çevirməyən, multikultural bir dövlətdir. Bütün bunlar yaxın gələcəkdə Azərbaycan-Serbiya iki və çoxtərəfli əlaqələrinin sürətlə inkişaf edəcəyinə əminlik yaradır.

Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Məleykə Hümbətova