Serbiya-Azərbaycan əlaqələrinin gələcəyi ilə bağlı ancaq nikbin fikirdə olmaq olar

Məlum olduğu kimi, Serbiya prezidenti Aleksandar Vuçiç Azərbaycana işgüzar səfərə gəlib. Səfər çərçivəsində hər iki ölkənin dövlət başçılarının təkbətək görüşləri keçirilib, mətbuata bəyanatlarla çıxış ediblər. Azərbaycan və Serbiya prezidentlərinin çıxışlarında səslənən fikirlərin ümumiləşdirilmiş məntiqi ondan ibarətdir ki, Azərbaycan-Serbiya əlaqələri dostluq və qarşılıqlı anlaşma üzərində qurulub. Eyni zamanda, iki ölkənin bir çox sahələr üzrə əməkdaşlığının böyük tarixi var və sirr deyil ki, Serbiya və Azərbaycan strateji tərəfdaşdırlar.

Azərbaycan və Serbiya öz resurslarına arxalanan, müstəqil siyasət yürüdən ölkələrdir. Bu mənada, bu gün bir-biri ilə sıx əlaqədə olan Azərbaycan və Serbiyanın gələcək əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi üçün mühüm amillər mövcuddur. Onu da əlavə etmək lazımdır ki, ölkələr hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib, dəstəkləyir və bu siyasət dəyişməz olaraq qalacaq.

İki  ölkə arasında qəbul edilmiş qərarların reallaşdırılması ilə inkişaf dinamikasını yüksəltmək, ticarət, nəqliyyat-logistika, energetika, müdafiə sənayesi və başqa sahələrdə uğurlu əməkdaşlıq nümunələri ortaya qoymaq mümkündür. Heç şübhəsiz ki, iki ölkənin əldə etdiyi qarşılıqlı razılaşmaların icrası əsasında ticarət dövriyyəsi artacaq. Eləcə də uğurlu əməkdaşlıq özünü Azərbaycan və Serbiya ərazilərindən keçən beynəlxalq nəqliyyat dəhlizləri üzrə birgə fəaliyyətdə də göstərəcək. Əlbəttə ki, ən geniş və mühüm əməkdaşlıq sektorlarından birini də energetika sahəsi təşkil edir. Hazırda Avropaya qaz nəqlini həyata keçirən Azərbaycanın Serbiya ilə həm təbii qaz, həm də elektrik enerjisi ilə əlaqədar əməkdaşlıq üçün imkanları var. Bu gün 22 milyard kubmetr qaz ixrac edən Azərbaycan gələcək illər ərzində potensialını 35 milyard kubmetrə qədər artıracaq. Azərbaycan Cənub Qaz Dəhlizi, TANAP, TAP layihələri ilə digər enerji qaynaqlarının da Avropaya ixracı üçün əlverişli şərait yaradır. Yəni, bu gün Azərbaycan Avropanın enerji təminatı mənbəyidirsə, gələcəkdə həm də enerji koridoru, qovşağı olacaq. Serbiya da öz növbəsində 2023-cü ildə qaza olan tələbatının 40 faizə qədərini Azərbaycan hesabına bağlamağı planlaşdırır. Bu məqamda elektrik enerjisinin ixracı və idxalı sahəsindəki əməkdaşlıq münasibətlərini qeyd etmək lazımdır.

Qara dəniz vasitəsilə Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirən elektrik paylayıcı şəbəkənin yaradılması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın Serbiyanın da enerji təhlükəsizliyinin təminatı nöqteyi-nəzərdən əvəzsiz rolu bir daha diqqət mərkəzinə gəlir.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova

 

Bir çox sahələr üzrə əməkdaşlığın artıq böyük tarixi var

Azərbaycan dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələrini ümummilli mənafelərə əsaslanan xətlə inkişaf etdirməkdədir. Ölkəmizin Cənubi Qafqazdakı yerini və rolunu, iqtisadi potensialını düzgün qiymətləndirən nüfuzlu dövlətlər də respublikamızla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə böyük maraq göstərirlər. Azərbaycanla əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olan ölkələrdən biri də Serbiyadır. İki ölkə arasında əlaqələrin inkişafına təkan verən mühüm amillərdən biri də Belqradın Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlər sırasında olmasıdır. Rəsmi Belqradın belə bir qərar qəbul etməsi dövlət müstəqilliyini yenicə bəyan etmiş Azərbaycan üçün müstəsna əhəmiyyət daşıyırdı. Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlər isə 21 avqust 1997-ci ildə qurulmuşdur. Ölkələrimiz arasında əlaqələrin qurulmasının 25 illiyi münasibətilə bu il avqustun 21-də Azərbaycan və Serbiya prezidentləri arasında telefon danışığı olub. Telefon danışığı zamanı ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, kənd təsərrüfatı, enerji, investisiya və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Azərbaycan ilə Serbiya arasında siyasi dialoq daim yüksək səviyyədə olub. 2011-ci il iyunun 8-9-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Serbiyaya rəsmi səfər edib. Səfər çərçivəsində dövlətimizin başçısı Belqradın Taşmaydan parkında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsinin, həmçinin Novi Sad şəhərində dahi bəstəkar Üzeyir Hacıbəylinin büstünün açılışlarında iştirak edib.

Son illərdə Serbiya prezidentləri Azərbaycana bir neçə dəfə səfərə gəliblər. 2010-cu il mayın 11-13-də Prezident Boris Tadiç, 2013-cü il fevralın 7-9-da isə Prezident Tomislav Nikoliç ölkəmizdə rəsmi səfərlərdə olublar. Tomislav Nikoliçin səfəri zamanı Bakıda görkəmli serb alimi Nikola Teslanın abidəsinin açılışı olub. Bundan əlavə, 2015-ci ilin aprelində o vaxt Baş nazir olan Aleksandar Vuçiç, həmin ilin iyununda isə Prezident Tomislav Nikoliç Bakıya səfər ediblər.

Aleksandar Vuçiçin Serbiya Respublikasının Prezidenti kimi Azərbaycana səfəri isə 2018-ci il mayın 21-22-nə təsadüf edib.

Səfərlər çərçivəsində keçirilən görüşlər zamanı ikitərəfli əlaqələrin genişləndirilməsi, ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi, müxtəlif sahələrdə münasibətlərin inkişafı istiqamətində müzakirələr aparılıb.

Ölkələrimiz arasında siyasi əlaqələr yüksək səviyyədədir. İndiyədək iki ölkə arasında 44 sənəd imzalanıb. Bu sənədlər arasında 2013-cü ildə imzalanmış Dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə və 2018-ci ildə imzalanmış Strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı xüsusi əhəmiyyət daşıyır. Hər iki sənəddə keçmiş Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn ümumtanınmış prinsip və normalarına, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və ATƏT-in qərarlarına uyğun olaraq, Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında tezliklə həll olunmasının dəstəkləndiyi qeyd olunub.

Azərbaycan da öz növbəsində Serbiyanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, Kosovonun müstəqilliyini tanımır və bütün beynəlxalq müstəvilərdə bu mövqedən çıxış edir.

Azərbaycanla Serbiya arasında iqtisadi sahədə yaxşı əlaqələr mövcuddur.

Azərbaycan ilə Serbiya arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya da fəaliyyət göstərir. Serbiya Azərbaycanla ikitərəfli iqtisadi əməkdaşlığın, o cümlədən energetika sahəsində daha da inkişaf etdirilməsinə maraq göstərir. Serbiyanın yüksək səviyyəli rəsmiləri Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclaslarında mütəmadi olaraq iştirak ediblər.

Azərbaycanla Serbiya arasındakı münasibətlərin yaxşı perspektivləri var və yüksək səviyyəli qarşılıqlı səfərlər əlaqələrin inkişafına töhfə verəcək.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova

 

Azərbaycanın elektrik enerjisinin Avropaya çatdırılması üçün müvafiq saziş imzalanmışdır

Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi ilə bağlı Strateji Tərəfdaşlıq sazişi imzalanıb. Rumıniyanın paytaxtı Buxarestdə baş tutan imzalanma mərasimində sənədi Azərbaycan Prezidenti cənab İlham Əliyev, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Rumıniya Baş naziri Nikolae-Yonel Çuke və Macarıstanın Baş naziri Viktor Orban imzalayıblar. Saziş dörd ölkənin milli və regional enerji təhlükəsizliyinin və Qara dəniz hövzəsində əlaqənin gücləndirilməsinə, enerji mənbələrinin şaxələndirilməsinə dair maraqları nəzərə alınmaqla hazırlanılıb.

Hökumətlərarası saziş Azərbaycan və Rumıniya arasında “yaşıl enerji”nin ötürülməsi məqsədilə Gürcüstan və Qara dənizdən keçəcək sualtı elektrik enerjisi kabelinin çəkilməsi layihəsinin reallaşdırılmasını təmin edəcək. Bu kabellə ötürülən elektrik enerjisi daha sonra Macarıstana və Avropa nəqletmə sistemi vasitəsilə qitənin qalan hissəsinə nəql ediləcək. Qara dənizin dibi ilə elektrik enerjisi kabelinin çəkilməsi layihəsi daha əvvəl Avropa Komissiyasının prezidenti Ursula von der Leyenin iştirakı ilə Avropa İttifaqı ilə Azərbaycan arasında əldə edilmiş razılaşmanın tərkib hissəsidir.

Avropanın enerji təhlükəsizliyinə yaranan təhdidlər qitə ölkələrini alternativ mənbələr axtarmağa vadar edir. Amma hazırkı geosiyasi vəziyyətdə Avropa üçün etibarlı tərəfdaş tapmaq çətindir. Çünki bir çox qaz və neft ölkəsi enerji resurslarından iqtisadi və siyasi təzyiq vasitəsi kimi istifadə edir. Bu isə Avropanın enerji təhlükəsizliyinə böyük təhdidlər yaradır. Amma ölkəmiz Bakı-Tbilisi-Ceyhan, Cənubi Qafqaz Qaz Kəməri, TANAP və TAP layihələrini uğurla həyata keçirməklə özünü Avropanın enerji bazarında etibarlı tərəfdaş kimi təsdiqləyə bilib.

Avropa ölkələri Rusiya-Ukrayna müharibəsi fonunda qitəni təhdid edən enerji böhranına görə yenidən etibarlı tərəfdaş olan Azərbaycana üz tuturlar. Bununla da Azərbaycan-Avropa İttifaqı enerji tərəfdaşlığı yeni mərhələyə qədəm qoyub.

Azərbaycan Şərqi Avropanın enerji sahəsində geosiyasi və geostrateji əhəmiyyət kəsb edən dövlət olmaqla yanaşı, həm də Mərkəzi Asiya dövlətləri, xüsusilə Qazaxıstan və Özbəkistan üçün körpüdür, Türkiyə ilə birgə əksəriyyəti tamamlanan mühüm layihələrin təşəbbüskarı olan türkdilli dövlətdir. Azərbaycan bundan sonra da geostrateji və geosiyasi münasibətlərdə yüksəliş əldə edəcək.

Zərdab rayon Heydər  Əliyev Mərkəzinin əməkdaşı Vüsal Rəhimov

 

İki ölkə arasındakı əlaqələrin dinamikası çox müsbətdir

Azərbaycanla Serbiya arasında siyasi əlaqələr yüksək səviyyədədir. İndiyədək iki ölkə arasında 44 sənəd imzalanıb. Bu sənədlər arasında 2013-cü ildə imzalanmış Dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə və 2018-ci ildə imzalanmış Strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı xüsusi əhəmiyyət daşıyır. Hər iki sənəddə keçmiş Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn ümumtanınmış prinsip və normalarına, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və ATƏT-in qərarlarına uyğun olaraq, Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında tezliklə həll olunmasının dəstəkləndiyi qeyd olunub.

Azərbaycan da öz növbəsində Serbiyanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, Kosovonun müstəqilliyini tanımır və bütün beynəlxalq müstəvilərdə bu mövqedən çıxış edir.

Azərbaycanla Serbiya arasında iqtisadi sahədə yaxşı əlaqələr mövcuddur. 2021-ci ildə Serbiya Azərbaycanın 71-ci xarici ticarət tərəfdaşı olub. 2022-ci ilin yanvar-oktyabr aylarında Serbiya Azərbaycanın 68-ci xarici ticarət tərəfdaşı olub.

Azərbaycan ilə Serbiya arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya da fəaliyyət göstərir. Azərbaycanda tikinti və xidmət sahələrində fəaliyyət göstərən Serbiya investisiyalı 4 şirkət qeydiyyatdan keçib. Azərbaycanın isə “AzVirt” şirkəti Serbiyada yol infrastrukturu layihələri həyata keçirir. Belqradda Serbiya-Azərbaycan Ticarət Palatası fəaliyyət göstərir.

Serbiya Azərbaycanla ikitərəfli iqtisadi əməkdaşlığın, o cümlədən energetika sahəsində daha da inkişaf etdirilməsinə maraq göstərir. Serbiyanın yüksək səviyyəli rəsmiləri Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclaslarında mütəmadi olaraq iştirak ediblər. Serbiya Baş nazirinin müavini, mədən və energetika naziri Zorana Mixayloviçin ölkəmizə səfəri çərçivəsində 2022-ci il iyunun 1-də Bakı şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlığa dair Saziş” imzalanıb.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı – Alagöz Namazova

 

Ticarət sahəsində aparılan əməkdaşlığın müsbət nəticələrini gözləyirik

Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Serbiya Respublikası ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən biridir.

Dövlətimizin başçısının Serbiyanın paytaxtı Belqrad şəhərinə səfəri ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünün qeyd olunduğu vaxtda təsadüf edir. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. İki ölkə arasında diplomatik münasibətlər 1997-ci il avqustun 21-də qurulub.

Azərbaycan və Serbiya ərazilərindən beynəlxalq nəqliyyat dəhlizləri keçir, burada da uzlaşma və bağlantının yaradılması üçün bizim müvafiq qurumlar fəal işləməlidir.

Azərbaycanın təbii resursları artıq müxtəlif istiqamətlər üzrə ixrac edilir, həmçinin Avropa qitəsinə, o cümlədən Serbiyaya qonşu olan ölkələrə. Həm təbii qaz, həm elektrik enerjisi ilə əlaqədar əməkdaşlıq üçün imkanlar var.

Müdafiə sənayesi sahəsi də perspektiv əməkdaşlıq istiqamətlərindən biridir. Bu sahədə də hər iki ölkədə potensial var və bu potensialın birləşdirilməsi üçün praktiki addımların atılması da gözlənilir.

Serbiya-Azərbaycan əlaqələrinin gələcəyi ilə bağlı ancaq nikbin fikirdə olmaq olar. İkitərəfli əlaqələr dostluq və qarşılıqlı anlaşma üzərində qurulmuşdur.

Zərdab şəhər sakini fəal gənc Cavid Məmmədov

 

İki ölkə arasındakı əlaqələrin dinamikası çox müsbətdir

Dekabrın 21-də Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycana rəsmi səfər etdi və Azərbaycan Prezidenti cənab İlham Əliyev ilə görüşdə “Mən Sizin nailiyyətlərinizə görə sevinirəm. Həm mənim nümayəndə heyətim, həm də mən özüm Azərbaycan xalqının və cənab Prezident, şəxsən Sizin səmimi dostunuzuq”-sözləri ilə nitqinə başladı. Mən Azərbaycandan 10 dəfə çox neft və qaz ehtiyatlarına malik olan ölkələri tanıyıram, onların vəziyyəti Azərbaycanınkından 10 dəfə pisdir. Bu isə ölkə rəhbərliyinin gücündən, Prezident İlham Əliyevin uzaqgörənliyindən, onun Azərbaycanın və müasir dünyanın üzləşdiyi çağırşlara yaxşı bələd olduğundan xəbər verir. Bu, yaxşı baxışa malik olan ölkə rəhbərliyi ilə necə fərq yarada bildiyinizdən xəbər verir.

Azərbaycan Prezidenti də öz növbəsində həm Serbiya, həm Azərbaycanın öz resurslarına arxalanan, müstəqil siyasət aparan və bir-biri ilə sıx əlaqədə olan ölkələr olduğunu önə çəkərək bütün bu parametrlərin gələcək əməkdaşlıq üçün zəmin yaradan amillər olduğunu təsadüfən qeyd etmədi. İki ölkə arasındakı əlaqələrin dinamikasının çox müsbət olduğundan məmnunluğunu dilə gətirən dövlətimizin başçısı bir ay öncə Belqradda qəbul edilmiş qərarların tezliklə yerinə yetirilməsini arzulamaqla yanaşı, hökumət üzvlərinə bu qərarların icra edilməsi ilə əlaqədar müvafiq göstərişlərin verildiyini xatırlatdı. Eyni zamanda ticarət sahəsində aparılan əməkdaşlığın müsbət nəticələrini gözlədiyini vurğuladı. Əminliklə bildirildi ki, əldə edilmiş razılaşmaların icrası nəticəsində ticarət dövriyyəsi artacaq.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva

 

Energetika sektoru əməkdaşlığımızın bir hissəsidir                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                              Azərbaycan və Serbiyanın nəqliyyat-logistika sahəsində böyük potensialının olması da xüsusilə vurğulandı. Nəzərə alsaq ki, Azərbaycan və Serbiya ərazilərindən beynəlxalq nəqliyyat dəhlizləri keçir, burada da uzlaşma və bağlantının yaradılması üçün bizim müvafiq qurumlar fəal işləməlidir. Aidiyyəti qurumlar arasında təmaslar artıq yaranıb. Bu mövzu isə iki ölkənin əməkdaşlığının daha geniş müstəviyə keçməsi baxımından yeni imkanlar deməkdir.

Ölkə rəhbərinin dediyi kimi, energetika sektoru əməkdaşlığımızın bir hissəsidir və son vaxtlar bu sahə daha böyük əhəmiyyət kəsb edir. Bu faktdır ki, Azərbaycanın təbii resursları artıq müxtəlif istiqamətlər üzrə ixrac edilir, həmçinin Avropa qitəsinə, o cümlədən Serbiyaya qonşu olan ölkələrə. Həm təbii qaz, həm elektrik enerjisi ilə əlaqədar əməkdaşlıq üçün imkanlar var, müvafiq danışıqlar aparılıb. Cənab Prezidentin qeyd etdiyi kimi, gələn ildən başlayaraq Azərbaycanın elektrik enerjisinin Serbiyaya ixrac edilməsi üçün əməli addımların atılması ölkəmizin əlavə bazar imkanları əldə etməsi deməkdir. Paralel olaraq Azərbaycanın elektrik enerjisinin Avropaya çatdırılması üçün müvafiq saziş imzalanıb.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Tavad Qurbanova