İşğaldan azad olunmuş ərazilərin logistik əhəmiyyətini artıran yeni yolların inşası

Tarixən mühüm nəqliyyat qovşağı hesab olunan İpək Yolunun Azərbaycandan keçməsi ölkəmizin logistika sahəsində qədim ənənələrə malik olduğunu göstərir. Tarixi İpək Yolunun bərpası istiqamətində nəhəng qlobal təşəbbüsün mühüm həlqəsi kimi çıxış edən Azərbaycan təkcə tranzit ölkə kimi yox, eyni zamanda, Bakı-Tbilisi-Qars dəmir yolu, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi kimi layihələrin də təşəbbüskarı və icraçısı kimi çıxış edir. Ölkəmiz coğrafi və iqtisadi mövqeyinə görə xüsusi əhəmiyyət daşıyır və yalnız Şərqlə Qərb arasında qapı rolunda çıxış etmir, həmçinin Şimalla Cənubu da birləşdirən mühüm tranzit rolunu oynayır.

Son illər ölkəmizdə mükəmməl nəqliyyat infrastrukturu yaradılıb. Hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatının inkişafı istiqamətində mühüm layihələr həyata keçirilib. Bu baxımdan Prezident cənab İlham Əliyev 2022-ci ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki nitqində Beynəlxalq Dəniz Ticarət Limanının ikinci fazasına başlanmasının əhəmiyyətini xüsusi vurğulayıb.

İşğaldan azad olunmuş ərazilərdə yeni hava limanlarının tikintisi, gəmilərin inşası, Bakı Beynəlxalq Dəniz Ticarət Limanında görülən işlər, dəmir yolu infrastrukturunun şaxələndirilməsi, beynəlxalq avtomagistralların tikintisi və yenidən qurulması üçün ayrılan vəsaitlər göstərir ki, Azərbaycan nəqliyyat habına çevrilmək istiqamətində ardıcıl addımlar atır, qətiyyətli iradə ortaya qoyur.

Azərbaycan beynəlxalq əhəmiyyətli dəmir yollarının tikintisi və yenidən qurulmasına böyük əhəmiyyət verir. Bu sahədə region və dünya üçün əhəmiyyətli olan bir sıra layihələrin reallaşmasında xüsusi rola malik olmuşuq.

Dünyanın ən iri 100 layihəsindən biri sayılan Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilib. Bu dəmir yolu xətti Asiya ilə Avropa arasında ən qısa yoldur. Bakı-Tbilisi-Qars dəmir yolu yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox azaltmağa imkan verir. Bakı-Tbilisi-Qars dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.

44 günlük Vətən müharibəsindəki qələbəmizdən dərhal sonra Qarabağ və Şərqi Zəngəzurda geniş bərpa və yenidənqurma işlərinə başlanıldı. İlk sırada duran işlərdən biri yol infrastrukturunun qurulması idi ki, burada hava yolları da müstəsna əhəmiyyət daşıyırdı. Elə bu məqsədlə Prezident cənab İlham Əliyevin tapşırığı ilə ilk olaraq Füzuli və sonra isə Zəngilan Beynəlxalq Hava Limanının tikintisinə başlanıldı. Qısa zamanda aeroportlar tikilərək ötən və bu ilin oktyabr ayında istifadəyə verildi. Hər iki hava limanının açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə birlikdə  qardaş Türkiyə Respublikasının Prezidenti  Rəcəb Tayyib Ərdoğanda iştirak etmişdir. Üçüncü hava limanı isə Laçın rayonunun ərazisində inşa olunur.

Təbii ki, işğaldan azad olunmuş ərazilərdə işlərin sürətli şəkildə həyata keçirilməsi, kommunikasiyanın inkişafı üçün hava limanlarının salınması vacib idi.

Bütün bunlar bir daha göstərir ki, Azərbaycan nəqliyyat-logistika ölkəsinə çevrilməkdədir. Ölkəmizin beynəlxalq nüfuzu meqa layihələrlə ölçülür. Burada əsas əhəmiyyət kəsb edən məsələ Zəngəzur dəhlizinin açılmasıdır. Orta dəhlizin əhəmiyyəti həm Zəngəzur, həm də Şərqi Zəngəzur-Naxçıvan-İran dəhlizlərinin açılması ilə daha da artacaq.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Alagöz Namazova

 

 

 Tarixi və mədəni abidələrin qorunması

İşğalçı Ermənistan zəbt etdiyi ərazilərdə 30 il ərzində maddi mədəniyyət abidələrimizi vəhşicəsinə dağıdaraq, yerlə-yeksan etmişdir. Düşmənin niyyəti Azərbaycan xalqının Qarabağın əsl, həqiqi sahibi olduğunu sübut edən çox sayda qiymətli tarixi abidələri, məscid və ziyarət yerlərini yox etmək olmuşdur.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tarixi torpaqlarımızı düşməndən azad etdikdən sonra erməni vandallarının bədxah əməlləri bütün çılpaqlığı ilə üzə çıxmışdır. Ermənilərin ikinci Qarabağ müharibəsi zamanı Gəncənin, Tərtərin, Ağdamın, Bərdənin dinc əhalisini güclü artilleriya və raket atəşinə tutması, buradakı yaşayış və inzibati binaları, eləcə də tarixi mədəniyyət abidələrini hədəfə alması təkcə Azərbaycan  ictimaiyyətində deyil, bütün dünyada nifrət və ikrah hissilə qarşılanmışdır.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi ilk missiya bu ərazilərdə kitabxanalar, mədəniyyət evləri, mədəniyyət mərkəzləri, klublar, muzeylər, uşaq musiqi məktəbləri daxil olmaqla, 180 mədəniyyət obyektini müəyyənləşdirib və onların hamısının tamamilə dağıdılmış vəziyyətdə olmasının şahidi olub. Azad edilmiş ərazilərdəki bütün məscidlər demək olar ki, dağıdılmış, bəziləri tövləyə çevrilmişdir.
Bütün bu vəhşiliklərə rəğmən, Ermənistan əvvəllər işğal olunmuş ərazilərdəki mədəni irs və dini abidələr kontekstində Azərbaycana qarşı saxta informasiya kampaniyasını davam etdirir. Bu, təbii ki, Azərbaycanın imicinə kölgə salmaq məqsədi daşıyır. Artıq erməni tərəfinin bu cəhdləri əbəsdir, çünki bütün dünya erməni vandalizmi və vəhşətindən şok vəziyyətinə düşüb.

Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı torpaqlarda Azərbaycanın tarixi-mədəni irsinə qarşı həyata keçirilmiş talan, dağıdılan mədəniyyət ocaqları, saxtalaşdırmaya məruz qalan və mənimsənilən abidələr haqqında silsilə məlumatlar bu günlərdə Mədəniyyət Nazirliyi tərəfindən “Qarabağ – mədəniyyətimizin beşiyi” adlı layihədə ictimaiyyətə təqdim olunur. Qarabağda və ətraf rayonlarda erməni işğalı zamanı çoxsaylı müsəlman irsi abidələrinin dağıdılmasına baxmayaraq, müraciətdə yalnız xristian irsi haqqında bəhs edilməsi, eləcə də Azərbaycan ərazisindəki bütün tarixi, mədəni, dini irsin heç bir ayrı-seçkilik qoyulmadan dövlət tərəfindən qorunması və hökumətin bu məsələyə çox ciddi yanaşması nəzərə alınmayaraq, müraciətin birbaşa Zərrə qədər şübhə yoxdur ki, Azərbaycan dövləti azad edilmiş rayonlarda tezliklə geniş quruculuq işlərinə başlayacaq, həmin ərazilərdə müvafiq mədəniyyət infrastrukturu  yaradılacaq və ­bütün tarixi-mədəni abidələri bərpa olunacaq.

Zərdab Rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru Şahnaz Mustafayeva

 

 

“Yaşıl enerji zonası”

Qarabağ “yaşıl enerji” zonasına çevrilir. Bu regionda bərpaolunan enerji mənbələrindən istifadə, enerji səmərəliliyi, ekoloji təmiz texnologiyalar, o cümlədən nəqliyyat vasitələrinin tətbiqi və digər məsələləri əhatə edəcək “yaşıl zona”, yaxud “yaşıl məkan” konsepsiyasının hazırlanmasına hələ Vətən müharibəsindəki şanlı qələbəmizdən az sonra başlanmışdır.

2020-ci ilin yekunlarına həsr olunan müşavirədə Prezident cənab İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə bağlı qarşıya mühüm vəzifələr qoymuşdur. Bu məsələ “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də öz əksini tapmışdır.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan torpaqlarını cəmi 44 gün ərzində işğaldan azad etdiyi kimi, bu əraziləri qısa müddətdə dirçəltmək əzmini də bütün dünyaya nümayiş etdirir.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı bərpa-quruculuq prosesi çərçivəsində 20 meqavatlıq elektrik stansiyaları istismara verilib. Bu il daha 5 stansiya istifadəyə veriləcək. Şuşa da daxil olmaqla bu ərazilərdə 19 yarımstansiya inşa və bərpa edilib, hazırda 7 yeni yarımstansiya tikilir, 8-nin də inşası planlaşdırılır.

Bu gün dünyanın ən böyük enerji şirkətləri də Azərbaycanda bərpaolunan enerji növlərinin istehsalına maraq göstərir və artıq bu maraq reallaşır. İşğaldan azad edilmiş ərazilərimizdə  “yaşıl enerji”  zonasının yaradılması məqsədilə bərpaolunan enerji mənbələrindən istifadə ilə bağlı özəl investisiyaların cəlb olunması isqitamətində xarici dövlətlərlə xüsusən Səudiyyə Ərəbistan və Türkiyə ilə bu istiqamətdə danışıqlar aparılır.   Bir sözlə, bu rayonları “yaşıl enerji” məkanına çevirmək  üçün   imkanlardan səmərəli   istifadə  olunur .  Bu   da deməyə əsas verir ki, həmin  istiqamətdə  görülən işlər  ölkəmizin   daha böyük  sosial-iqtisadi inkişafına xidmət edəcək.

Yenidən cənnətə çevirilən Qarabağa, doğma yurd-yuvasına qayıdan insanların çırağı əvvəlkindən də gur yanacaq.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Vüsal Rəhimov

 

Ərazilərin bərpası və yenidən qurulması prosesinin institusional əsasları

İşğaldan azad olunan torpaqlarımızda həyata keçirilən layihələr, yol infrastrukturunun yenilənməsi prosesi Ermənistan dövləti tərəfindən tamamilə dağıdılmış magistral xətlərinin, dəmir və hava yollarının bərpası istiqamətində dövlətimizin atdığı addımlar həm də  Azərbaycanın iqtisadi imkanlarından xəbər verir. Regiondakı yolların yüksək standartlara cavab verəcək səviyyədə yenidən qurulması da əsas hədəflərdəndir. Bu gün xüsusən işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi, Qarabağa “Böyük Qayıdış”ın tam reallaşması üçün nəzərdə tutulan layihələr sürətlə icra olunur. Həmin ərazilərdə avtomobil və dəmir yolları, eləcə də stansiyalar tikilir, yaşayış massivləri salınır, hava limanları inşa edilir. Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcəkdir.

Ötən dövrdə regionlarla müqayisədə ölkəmizin paytaxtı daha sürətlə inkişaf etmişdir. Uzunmüddətli dövrdə əsas məqsəd regionların inkişafını paytaxtın inkişaf səviyyəsinə uyğunlaşdırmaqdır. Bunun üçün regionlarda zəruri olan bütün iqtisadi və sosial infrastruktur yaradılmışdır. Hazırda işğaldan azad olunan ərazilərdə bir sıra yolların tikintisi həyata keçirilir. Əhmədbəyli-Füzuli-Şuşa, Xudafərin-Qubadlı-Laçın, Şükürbəyli-Cəbrayıl-Hadrut, Qubadlı-Mahmudlu-Yazıdüzü-Ermənistan sərhədi avtomobil yollarının, Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisinin və Laçın rayonunda hava limanının tikintisi ilə əlaqədar qazma-partlatma və torpaq işlərinin yerinə yetirilməsinin başa çatdırılması nəzərdə tutulmuşdur.

2024-2025-ci illərdə isə Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, Ağdam-Füzuli, Toğana-Kəlbəcər-İstisu, Kəlbəcər-Laçın avtomobil yolları  layihələrinin başa çatdırılması proqnozlaşdırılır.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva

 

“Yaşıl enerji zonası”

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan torpaqlarını cəmi 44 gün ərzində işğaldan azad etdiyi kimi, bu əraziləri qısa müddətdə dirçəltmək əzmini də bütün dünyaya nümayiş etdirir. Qarabağ “yaşıl enerji” zonasına çevrilir. Əslində, bu regionda bərpaolunan enerji mənbələrindən istifadə, enerji səmərəliliyi, ekoloji təmiz texnologiyalar, o cümlədən nəqliyyat vasitələrinin tətbiqi və digər məsələləri əhatə edəcək “yaşıl zona”, yaxud “yaşıl məkan” konsepsiyasının hazırlanmasına hələ Vətən müharibəsindəki şanlı qələbəmizdən az sonra başlanmışdır.

Qarşıda dayanan vəzifələrdən biri də termal mənbələrdən enerji məqsədli istifadənin mümkünlüyünü tədqiq etməkdir. Kəlbəcərdə və Şuşada termal su ehtiyatları var. Qarabağ bölgəsində həmçinin daş kömür yataqları mövcuddur. Belə ki, Tərtər rayonunun Çardaqlı kəndi 8,5 milyon ton daş kömür ehtiyatına malikdir.

Bütün bu mənbələr işğaldan azad olunmuş rayonlarımızda yeni enerji layihələrini gerçəkləşdirməyə imkan verir. Həmin istiqamətdə genişmiqyaslı işlər nəzərdə tutulub və onlar ardıcıllıqla həyata keçirilir. “Yaşıl enerji” layihələrinə xarici investorların cəlb edilməsi üçün də artıq müəyyən əməli addımlar atılıb.

Tarix boyu mənəvi enerji mənbəyimiz olmuş Şuşa artıq “Yaşıl enerji zonası”nın mərkəzinə çevrilir. Bu gün 4 min meqavatlıq külək və günəş enerjisi layihələri üzrə əməkdaşlıq sənədinin imzalanması üçün məkan olaraq Şuşanın seçilməsi bunun daha bir təsdiqidir. Bu çoxmilyardlı investisiya təkliflərinin böyük bir qismi azad edilmiş ərazilərimizi əhatə edir. Bu, Azərbaycanın, bu bölgənin investorlar üçün cəlbediciliyinin nümayişi, enerji sistemimizə böyük töhfədir

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Tavad Qurbanova

 

Layiqli həyat şəraiti

Ölkəmizdə icra edilən regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları bölgələrin mərhələli, eyni zamanda hərtərəfli davamlı inkişafını təmin etmişdir. İcra edilən dövlət proqramları nəticəsində regionların yol, elektrik, qaz, su infrastrukturu tamamilə yenidən qurulmuş, müasir dövrün tələblərinə cavab verən təhsil və səhiyyə müəssisələri tikilərək istifadəyə verilmişdir. Bir sözlə, əhalinin layiqli həyat şəraitinin təmin edilməsi istiqamətində böyük işlər görülmüşdür. İnfrastruktur layihələri davamlı olaraq icra edilir və ölkəmizin hər bir bölgəsini əhatə edir. Regionlarda həyata keçirilən layihələrdə sahibkarlar da fəal iştirak edir, ölkəmizin inkişafına öz töhfələrini verirlər. Bu gün ölkəmizdə sahibkarların fəaliyyət göstərməsi üçün münbit şərait və geniş imkanlar yaradılmışdır. Ölkə başçısı cənab İlham Əliyev hər zaman öz çıxışlarında da qeyd edir ki, davamlı inkişaf və iqtisadiyyatımızın güclənməsi üçün sahibkarlara lazımi şərait yaradılmalı, dövlət tərəfindən müvafiq dəstək verilməlidir. Sahibkarlıq fəaliyyətinin dəstəklənməsi yeni layihələrin icrası, eyni zamanda əlavə iş yerlərinin yaradılması ilə nəticələnir.

Ölkəmiz Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərdən sonra həyatın hər bir sahəsində yeni mərhələyə qədəm qoyub. Odur ki, cəmiyyətimiz üçün yeni tələb və çağırışlar yaranıb. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dövlət qurumları və məmurlara verdiyi ən əsas tapşırıqlardan biri də məhz şəhid ailələri və müharibə əlillərinə hər zaman xüsusi diqqət-qayğının göstərilməsi ilə bağlıdır. Şəhid ailələrinə, müharibə əlillərinə göstərilən xüsusi diqqət və qayğıda ölkə başçısının fəaliyyəti bir nümunədir. Şəhid ailələri və müharibə əlillərinin məişət problemləri ölkə başçımızın xüsusi diqqəti sayəsində dövlət xətti ilə həll olunur. Şəhid ailələrinə mənzillər, fərdi evlər, minlərlə minik avtomobilləri verilir. Bu proses davamlı xarakter daşıyır.

Ümumiyyətlə, ölkəmizin və xalqımızın tərəqqisi naminə yorulmadan çalışan Prezident cənab İlham Əliyevin əsas amalı odur ki, cəmiyyətimizdə heç bir ədalətsizlik, heç bir narahatedici problem olmasın, ləyaqətlə yaşayan müzəffər xalqımız bundan sonra da əmin-amanlıq şəraitində yaşasın.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Gülbəniz Əhmədova

 

 

Dövlət Proqramının əhatə dairəsi

“2022-ci il noyabrın 16-da Ölkə Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncam imzalayıb. Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı ilə bağlı məsələlər, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri öz əksini tapıb. Azad edilmiş ərazilərə xalqımızın Böyük Qayıdışının təmin edilməsi də məhz Azərbaycan Prezidenti cənab İlham Əliyevin dövlətimizin güclənməsi naminə apardığı sistemli işlərin məntiqi davamıdır.

“Dövlət Proqramının əhatə dairəsini Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilər təşkil edir. Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək tədbirlərin məqsədləri müəyyənləşdirilərkən Birləşmiş Millətlər Təşkilatının və digər beynəlxalq qurumların irəli sürdükləri qlobal inkişaf prioritetləri nəzərə alınmışdır. Son onilliklər ərzində inkişaf etmiş ölkələrdə inklüzivlik, bərabər imkanlara əsaslanan inkişaf və regional bərabərsizliklərin aradan qaldırılması, rəqəmsal inkişaf, yerli istehsal, “ağıllı” və dayanıqlı yaşayış məntəqələri, infrastruktur, vətəndaş iştirakçılığı kimi amillər idarəetmənin yeni istiqamətləri kimi önə çıxmışdır. Dövlət Proqramının hazırlanması zamanı sözügedən amillər ətraflı araşdırılmış, onların mümkün təsirləri təhlil edilmişdir. Dövlət Proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı nəzərə alınmışdır. Dövlət Proqramı çərçivəsində “universallıq”, “inteqrasiyalı yanaşma” və “heç kimin geridə qalmaması” kimi prinsiplərə əsaslanan prioritetlər Dayanıqlı İnkişaf Məqsədlərinə və onların müvafiq hədəflərinə uyğunlaşdırılmışdır. Dövlət Proqramının icrası çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin əlaqələndirilmiş şəkildə təşkili, ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, dövlət-özəl tərəfdaşlığına əsaslanan iqtisadi artımın stimullaşdırılması və dayanıqlı məskunlaşmanın təmin edilməsi kimi hədəflərin həyata keçirilməsində institusional baza müstəsna əhəmiyyətə malikdir. Ölkə Prezidenti cənab İlham Əliyevin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Əlaqələndirmə Qərargahı yaradılmışdır.

İşğaldan azad olunmuş ərazilərdə xüsusi idarəetmənin təşkili məqsədilə inzibati ərazi bölgüsünə uyğun olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar və Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri formalaşdırılmışdır. Bu tədbirlər ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafını təmin edir. Dövlət Proqramında nəzərdə tutulan tədbirlər strateji hədəf göstəricilərinə uyğun olaraq 2026-cı ilədək həyata keçiriləcəkdir.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova

 

İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması istiqamətində əsas prioritetlərdən biri ərazilərin minalardan və digər hərbi sursatdan təmizlənməsidir

Müharibə bitdikdən bir neçə gün sonra ANAMA-nın rəsmiləri işğaldan azad edilmiş ərazilərin tamamilə minalardan təmizlənməsi üçün azı 10-15 il müddətin lazım olduğunu bildirmişdilər. Bu o demək deyil ki, sakinlər öz yaşayış məskənlərinə 10-15 ildən sonra qayıdacaqlar.

Minatəmizləmə fəaliyyətinə dair illik tədbirlər planı təsdiq edilmişdir. Münaqişənin təsirinə məruz qalmış ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, həmçinin onların daşınması və zərərsizləşdirilməsi ilk nəzərdə tutulan məsələlərdən biridir. Minaların və partlamamış hərbi sursatın təsirinə məruz qalmış ərazilərin nişanlanmasının nəzərdə tutulması isə ən önəmli atılacaq addımlardan biridir.

Hər bir ölkə hərbi əməliyyatlar apardığı zaman həmin ərazidəki hərbi xəritələrdə öz minaladığı ərazilərin yerini göstərir. Hücum və ya müdafiə vaxtı bu minalanmış ərazilərin xəritəsindən istifadə edilir. Məsələn, bir hissə təmizlənir və ordu həmin ərazidən keçib hücuma gedir. Müharibə başa çatdıqdan sonra minatəmizləmə ilə məşğul olan Azərbaycan müharibədən öncə mövcud olmuş təmas xətti boyu və işğalda olan ərazilərdəki minalanmış ərazilərin xəritəsini Ermənistandan tələb edib. Ancaq Ermənistanın bir müddət xəritələri verməməsi və sonra da yanlış xəritələri verməsi də minaların təmizlənməsi prosesini ləngidir.

Gəncliyə Dəstək İctimai Birliyin sədri Vəfa Xəlilli

 

İşğaldan azad edilmiş ərazilərdə aparılan bütün yenidənqurma, bərpa və şəhərsalma işləri qabaqcıl urbanizasiya modellərinin tətbiqi ilə həyata keçiriləcəkdir

“44 günlük Vətən müharibəsində qazanılmış parlaq Zəfərdən sonra qarşıda duran əsas vəzifələrdən birincisi məhz işğaldan azad edilmiş ərazilərin bərpası, həmin yerlərə həyatın yenidən qaytarılması idi. 30 il ərzində Ermənistanın işğalı altında qalmış kəndlərin, rayonların, şəhərlərin, mədəni-tarixi abidələrin yerlə-yeksan olunması, məhv edilməsi, dağıdılması həmin ərazilərin bərpasına müasir kompleks yanaşmanı tələb edirdi. Bu mənada, təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” əsasında qəbul olunmuş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əks olunmuş “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə Prezident İlham Əliyevin Sərəncamı ilə icrasına başlanılmış “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” xüsusi əhəmiyyət kəsb edir”.

Dövlət Proqramı qlobal trendləri nəzərə alınaraq hazırlanıb. “Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapıb. Dövlət Proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınıb. Dövlət Proqramının əhatə dairəsini Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilər təşkil edir.

Proqram çərçivəsində işğaldan azad edilmiş ərazilərdə aparılan bütün yenidənqurma, bərpa və şəhərsalma işləri qabaqcıl urbanizasiya modellərinin tətbiqi ilə həyata keçiriləcək. Bütün bunlarla yanaşı, insan kapitalının reallaşdırılması, tarixi və mədəni abidələrin qorunması, yeni iş yerlərinin açılması, dövlət xidmətlərin əlçatanlığının təmin edilməsi, əhalinin geri qayıdışı və ərazilərdə dayanıqlı icmaların yaradılması, ərazilərin inkişafı və reinteqrasiyası, azad edilmiş ərazilərdə iqtisadi canlanmanın yaradılması, iqtisadi ixtisaslaşdırılmanın aparılması, ekoloji mühitin yaxşılaşdırılması və ekoloji təmiz texnologiyaların tətbiqi, “Yaşıl enerji zonası” yaradılması və s. həyata keçirilən tədbirlərinin əhatə dairəsinin nə qədər geniş olmasından xəbər verir.

Zərdab rayon Heydər  Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova