Azərbaycan və Gürcüstan arasında tarixən dostluq və mehriban qonşuluq münasibətləri yüksək səviyyədə olmuşdur. Hər iki ölkə SSR-nin tərkibində müttəfiq respublika olmuşlar. Elə həmin dövrdə Azərbaycan və Gürcüstan arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. SSR dağıldıqda, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır. Azərbaycanda yaşayan gürcülər və Gürcüstanda yaşayan azərbaycanlılar əlaqələrimizin inkişafı üçün önəmli rol oynayırlar. Bu ölkələrimizin bugünki və gələcək inkişafı üçün çox önəmli amildir. İki ölkə arasında əməkdaşlıq humanitar, mədəniyyət, təhsil, turizm, iqtisadi və digər sahələrdə inkişaf etməkdədir. İki dövlət arasında olan strateji əhəmiyyətli siyasi münasibətlər mövcuddur və iqtisadi layihələr həyata keçirilməkdədir. Azərbaycan-Gürcüstan münasibətləri hər iki ölkə üçün hər zaman strateji əhəmiyyət daşıyıb. Bu münasibətlər hər iki xalqın milli maraqlarını şərtləndirir.

 

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı – Bahar Qurbanova