Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib və 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa edilib

Prezident cənab İlham Əliyevin ilk dəfə Azərbaycan Respublikasının prezidenti seçilməsindən 19 il ötür. Hakimiyyətə gəldiyi gündən onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Əhalinin rifahının yaxşılaşdırılması, sosial problemlərin həlli, insanların güzaranının təmin edilməsi istiqamətində ardıcıl addımlar atılır. Bu dövr ərzində Azərbaycan bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərə, eləcə də idman yarışlarına ev sahibliyi edib. Azərbaycan ordusu regionun ən güclü ordularından birinə çevrilib. Multikulturalizm və tolerantlıq Azərbaycanda dövlət siyasəti səviyyəsinə qaldırılıb. Prezident cənab İlham Əliyevin hərtərəfli inkişaf strategiyası regionların simasını tanınmaz dərəcədə dəyişdirib və imza atdığı strateji layihələr Azərbaycanı uğurlu gələcəyə doğru inamla aparmaqdadır. Onun rəhbərliyi altında Azərbaycan öz ərazilərinin Ermənistan tərəfindən işğal edildiyi faktını bütün dünyaya qəbul etdirə bildi. Ərazilərimizin işğalı ilə barışmamaq siyasəti, sülh danışıqlarının qətiyyətlə davam etdirilməsi və buna paralel olaraq silahlı qüvvələrimizi, ölkənin hərbi-sənaye kompleksini gücləndirməsi nəticə etibarı ilə böyük və şanlı Zəfərlə nəticələndi.

Beləliklə, Prezident cənab İlham Əliyev həm siyasi arenada, həm də döyüş meydanında zəfər qazanan, Azərbaycan torpaqlarını 30 illik işğaldan 44 günə azad edən, ərazi bütövlüyümüzü bərpa edən böyük sərkərdə kimi tarixə düşdü. Ali Baş Komandan kimi zəfər və qəhrəmanlıq simvoluna çevrildi.

Zərdab rayon Dəkkəoba kənd tam orta məktəbin direktor müavini-Mayisə Xəlilova