Cənab Prezident İlham Əliyevin Praqaya səfəri, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın baş naziri Nikol Paşinyanla dördtərəfli görüşləri, əldə olunmuş nəticələr qalib komandanın dünyada böyük nüfuzunun göstəricisi qətiyyətli siyasətin növbəti böyük uğuru oldu.
5 saatdan artıq keçirilən 2 görüş əvvəlkilərdən fərqliliyi ilə fərqləndi. Yekunda qəbul edilmiş bəyanata əsasən Ermənistan Qarabağ üzərində Azərbaycanın hakimiyyətini tanıdığını dilə gətirmək məcburiyyətində qaldı. Qəbul edilmiş bəyanat da isbat etdi ki, danışıqlar tam olaraq rəsmi Bakının diktəsi fonunda keçib və sənəd Azərbaycanın istəklərinə uyğun formada qəbul olunub. Ermənistan Azərbaycanla sərhədə Aİ-nin mülki missiyasının göndərilməsinə razılıq verib. Azərbaycan bu komissiya ilə əməkdaşlığa razılıq verib. Missiya işini oktyabrda başlayıb 2 ay müddətinə başa çatdıracaq. Belə ki, Azərbaycan və Ermənistan bir-birilərinin ərazi bütövlüyü və suverenliyini tanıdılar və bu xüsusda BMT Nizamnaməsi əsas sənəd kimi götürüldü. Faktiki olaraq bu həm də o deməkdir ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru – Vəfa Bayramova