“Gəncliyə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Gənc qızların peşə təhsili, fərdi əmək və sahibkarlıq fəaliyyətinə təşviqi” adlı layihəsi çərçivəsində növbəti Maarifləndirmə görüşünü 03 oktyabr 2022-ci ildə həyata keçirib.

Qanunla.Az xəbər verir ki, Zərdab rayon Yarməmmədbağı kənd tam orta məktəbində keçirilmiş görüşdə30 məktəbli gənc qız və müəllim iştirak edib.

Tədbiri açıq elan edən məktəbin direktoru Zülfiyyə Əhmədova layihənin gedişatına və təşkilatın fəaliyyətinə uğurlar arzulayıb. Bu istiqamətdə gənc qızlarla söhbətlərin aparılmasının önəmli olduğunu vurğulayıb.

Təşkilatın sədri Vəfa Xəlilliçıxışı zamanı gənc məktəbli qızların peşə təhsilinə yönləndirməyin onların gələcəkdə karyera qurmalarına və məşğulluq problemlərinin həllinə, gələcək həyatlarında daha səmərəli və risksiz iş əldə etmələrinə kömək edəcəyini xüsusilə vurğulayıb.

İştirakçılara materiallar (papka, dəftər, qələm, buklet, təqvim) paylanılıb.

Qeyd edək ki, layihə 2 ay olmaqla Zərdab və Ucar rayonlarında həyata keçiriləcək.

“Gəncliyə dəstək” İctimai Birliyinin sədri – Vəfa Xəlilli

image-dsc_7243image-dsc_7228image-dsc_7241