Şəhid ailəsi və qazinin müraciətləri həllini tapdı.

Qanunla.Az xəbər verir ki, Şəhid ailəsi Pəri Əliyevanın SOCAR “Azəriqaz” İstehsalat Birliyinə ünvanladığı müraciət qısa zamanda həll olunub. Şəhid ailəsinin müraciəti əsasında Quba şəhəri, Əlihüseyn Mustafayev küçəsindəki fərdi yaşayış evinin qarşısından keçən qaz xəttinin yeri dəyişdirilib. Qubanın I Nügədi kəndində yaşayan Qasımovlar ailəsinin də müraciəti təmin edilib. SOCAR “Azəriqaz” İstehsalat Birliyi tərəfindən qazinin fərdi yaşayış evi qazlaşdırılıb.