Tovuz və Şəmkirdə şəhid analarının müraciətləri yerdə qalmadı

Qanunla.Az xəbər verir ki, 44 günlük Vətən müharibəsinin şəhidi Şahin Qədirovun anası Sənəm Qədirovanın SOCAR “Azəriqaz” İstehsalat Birliyinə etdiyi müraciət çox keçmədən həllini tapıb.

Tovuz rayonu, Abulbəyli kənd sakini Sənəm Qədirovanın fərdi yaşayış evi qazlaşdırılaraq sayğac quraşdırılıb. Vətən yolunda canından keçən şəhid Elvin Mustafayevin də anasının müraciəti SOCAR “Azəriqaz” İB-nin diqqətindən kənarda qalmayıb. Şəhid anasının müraciəti əsasında fərdi yaşayış evi qazlaşdırılıb, həmçinin fərdi yaşayış evi qaz sayğacı ilə təmin edilib.