Daha sonra Osman Gündüz müşahidələri və qısa araşdırmaları əsasında son zamanlarda sosial mediada daha aktiv olan dövlət qurumlarının adlarını təqdim edib. “Azəriqaz” İstehsalat Birliyi birinci yerdə qərarlaşıb.
1. “Azəriqaz” İstehsalat Birliyi;
2. Baş Prokurorluq;
3. Təhsil Nazirliyi;
4. Ekologiya və Təbii Sərvətlər Nazirliyi;
5. Dövlət Miqrasiya Xidməti.
Qeyd edək ki, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev 2021-ci il yanvar ayının 22-dən etibarən “Facebook” sosial şəbəkəsi üzərindən hər həftənin 5-ci günü saat 14:00-da canlı yayım təşkil edir. Bu yayımlarda ünvanlanan suallar cavablandırılır, müraciətlər qeydə alınır. Baş direktorla yanaşı hər həftə qurumun bir məsul şəxsi də yayıma qatılır. Proses zamanı qaz təchizatındakı problemləri digər struktur rəhbərləri də yaxından izləyir və operativ olaraq münasibət bildirilir.
Sosial şəbəkədə təşkil olunan canlı yayımlar barədə “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşlarına müsahibə verib. Müsahibə ilə qeyd olunan keçiddən tanış ola bilərsiz: