Beynəlxalq səviyyədə əməkdaşlığımız yüksələn xətt üzrə inkişaf edir.

Eyni etnik soy-kökə malik olan, eyni dil qrupuna daxil olan, dini və mədəni dəyərləri ilə bir-birinə yaxın olan Azərbaycan – Qazaxıstan münasibətləri dərin tarixi köklərə malikdir. Bu münasibətlər həm sovetlər dönəmində, həm də müstəqillik illərində yüksələn xətlə inkişaf etmişdir. Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevlə Ulu Öndər Heydər Əliyev arasında olan görüşlər, hər iki dövlət başçılarının rəsmi səfərləri zamanı qəbul edilən qərarlar hər iki türk dövlətinin münasibətlərinin ikitərəfli formatda inkişafına təkan vermişdir.

Cənab Prezident İlham Əliyevin hakimiyyəti illərində də Türkdilli dövlətlərlə əlaqələrin inkişafı əsas prioritet məsələlərdən biri olmuşdur. Bu baxımdan Azərbaycan-Qazaxıstan əlaqələri bu gün də öz əhəmiyyətini qorumaqdadır. Hər iki dövlət arasında Şərq-Qərb Beynəlxalq Transxəzər  Nəqliyyat Marşurutu çərçivəsində, həmçinin ticarət, nəqliyyat və digər iqtisadi sahələri əhatə edən müqavilə və razılaşmalın imzalanması bu əlaqələrin inkişafına öz töhfələrini vermişdir. Qazax xalqı hər iki Qarabağ müharibəsi zamanı dövlətimizə dəstək nümayiş etdirmişdir. Dövlətimizin siyasətini, haqq-ədalət savaşını dəstəkləyərək onun yanında olduğunu bildirmişdir. Bu bir daha iki qardaş türk dövləti arasında olan dərin, tarixi bağların qırılmaz olduğunun sübutudur.

 

Zərdab rayon Dəkkəoba kənd tam orta məktəbin direktor müavini  Mayisə Xəli