Şəhid ailələrinə xüsusi diqqət göstərilməlidir.

Tarixi Azərbaycan torpaqlarında özlərinə dövlət yaradan ermənilər həmişə xalqımızın başına ağılasığmaz oyunlar gətirmişlər. Həm birinci həm də ikinci Qarabağ müharibəsində ermənilərin törətdikləri qırğınlar bəzi ailələrin tamamilə məhv olmasına səbəb olmuşdur. Qəhrəman oğullarımız dövlətimizin ərazi bütövlüyü uğrunda canlarından keçmişlər. Ölkə Prezidentimiz cənab İlham Əliyev bu Qəhrəman oğullarımızı çoxsaylı fəxri adlarla təltif etmişdir. Lakin bununla yanaşı dövlət tərəfindən şəhid ailələrinə bu gündə xüsusi diqqət və qayğı göstərilir. Şəhid ailələrinə və müharibə əlillərinə mənzillər və fərdi evlər verilir, minik maşınları həmçinin  işlə təmin olunurlar.Biz bu gün vətən torpağımız üçün canlarından keçən, sağlamlıqlarını itirən, heç nədən qorxmayaraq ölümə gedərək Vətənimizi işğalçılardan xilas edən Qəhrəman oğullarımızı heç zaman unutmamalıyıq. Ona görə də hər bir dövlət məmurunun, hər bir insanın borcudur ki onların ailələrinə arxa dayaq olsun. Bu bizim vicdan borcumuzdur.

Allah bütün şəhidlərimizə rəhmət etsin! Qazilərimizədə şəfa versin!

Zərdab rayonQaravəlli kənd tam orta məktəbin müəllimi -Abdulxalıqova Xəyalə.