İkitərəfli əməkdaşlığa mühüm töhfə

Mühüm əlverişli coğrafi mövqeydə yerləşən Azərbaycanın zəngin enerji resursları həm ölkəmizin iqtisadi potensialını gücləndirir, həm də regional əməkdaşlıqda çox mühüm rol oynayır. Bu gün beynəlxalq aləmdə etibarlı tərəfdaş imici qazanmış Azərbaycan Respublikası özünün enerji ehtiyatlarından çox səmərəli şəkildə istifadə edir. Ölkəmiz milli maraqlara müvafiq olaraq həyata keçirilən praqmatik siyasət nəticəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin iştirakçısıdır. Təsadüfi deyil ki, Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilə bilməz. Öz enerji təklükəsizliyini yüksək səviyyədə təmin edən ölkəmiz eyni zamanda Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır, öz potensialına əsaslanaraq müxtəlif təşəbbüslərlə çıxış edir. Bu da Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun günbəgün artmasına, onun qüdrətlənməsinə və tərəfdaşlarının çoxalmasına xidmət etməklə ölkəmizin beynəlxalq müstəvidə rolunu artırır.

 

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşıEhtiram Osmanov