Enerji təhlükəsizliyi məsələləri bu gün heç zaman olmadığı qədər vacibdir

 Azərbaycanın bu gün iqtisadi cəhətdən artan gücü sənaye obyektlərin, yeni zavodların açılması ölkədə enerji təhlükəsizliyinin tam təmin olunmasını şərtləndirən əsas amillərdəndir. Bu gün  Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq əlaqələrinin mövcuddur. Bu da Azərbaycanın beynəlxalq aləmdə artan gücündə böyük əhəmiyyətə malikdir. Bundan başqa Avropa İttifaqı ilə Azərbaycan arasında Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində ikitərəfli qaydada işlər aparılır. Avropa İttifaqı Azərbaycan üçün əsas ticari tərəfdaşdır. Ticari dövriyyənin artırılması Azərbaycanın iqtisadi gücünün artmasına xalqlarımızın rifahının dahada yaxşılaşdırılmasına səbəb olacaqdır.  Ölkə başçısının apardığı uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan öz enerji təhlükəsizliyini təmin etməklə yanaşı enerji ixracatçısına çevrilmişdir.

 

Zərdab rayon Gənclər və İdman idarəsinin rəis müavini Əvəz Soltanov