Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiya tarixi əhəmiyyət kəsb edir.

Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması regionumuz və ölkəmiz üçün mühüm addımdır. Bildiyiniz kimi, region xalqları əsrlər boyu Xəzər dənizindən və onun resurslarından yararlansalar da, bu dənizin hüquqi statusunu tənzimləyəcək sənəd bu günədək mövcud olmamışdı. Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması tarixi bir hadisədir. Xəzər dənizinin hüquqi statusunun müəyyən olunması məsələsi Azərbaycan üçün böyük əhəmiyyət kəsb edirdi və 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə ulu öndərimiz Heydər Əliyev tərəfindən Xəzər dənizinin statusunun razılaşdırılmasına yönəlmiş qətiyyətli addımlar atılmağa başlandı. Azərbaycan tərəfi bu proses üzrə danışıqların başlanmasından etibarən həm xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilən Xüsusi İşçi Qrupunun iclaslarında, həm xarici işlər nazirlərinin görüşlərində, həm də dövlət başçıları səviyyəsindəki Zirvə toplantılarında fəal və konstruktiv şəkildə iştirak edib. Xəzərin hüquqi statusuna dair Konvensiyanın ilk konseptual layihəsi məhz Azərbaycan tərəfindən hazırlanıb və tərəflərə təqdim edilib. Bu amil həmin dövrdə danışıqlar predmetinin müəyyən edilməsində müstəsna rol oynayıb.

Tükəz Lətifli – Zərdab rayonu Çallı kənd tam orta məktəbinin müəllimi