Bu gün Millət vəkili Elnur Allahverdiyev Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının qərargahında seçiciləri ilə növbəti görüşünü keçirib.
Deputat  Qanunla.Az-a açıqlamasında bildirib ki,qəbulda iştirak edən sakinlərin qaldırdıqları problemlər həmişəki kimi müxtəlifdir: məşğulluq, sosial təminat, təhsil, kompensasiya, hüquqi yardım və s. Qarşıdakı aylarda “Sovetski” kimi tanıdığımız ərazidə yeni tikinti işlərinin aparılması ehtimalı ətrafında ictimai rəydə, sakinlər arasında müzakirələr getdiyindən bu məsələ hər zamankı kimi aktuallığını saxlayır və seçicilərimizi maraqlandırır.
Qaldırılan bəzi məsələlərin həlli qanunvericiliklə nəzərdə tutulmayıb. Belə hallarda sosial tərəfdaşlara müraciət etmək lazım gəlir. Fikrimcə, seçici problemlərinin həlli üçün işlək mexanizmlərdən biri də budur. Qarşıdakı günlərdə qaldırılan məsələlərdə sakinlərimizə yardımçı olmağa çalışacağıq.
image-283809560_488023656455074_7994987612847512851_nimage-283854490_488023706455069_1360729264829343016_nimage-283887521_488023746455065_8861232146625284764_nimage-284073674_488023786455061_1716895850545663206_nimage-283905342_488023839788389_3965628729699559259_nimage-283861827_488023876455052_2141684301188961071_nimage-283771895_488023916455048_2398337542376572198_nimage-283556786_488023959788377_3248811575349070803_nimage-283911489_488024006455039_7425524131092922604_n