Litva ilə Azərbaycan uzun illərdir ki, strateji tərəfdaşıdırlar.

Azərbaycan bütün dünya ölkələri ilə qarşılıqlı səmərəli əlaqələr qurur. Son illər Avropa İttifaqı ölkələri ilə əməkdaşlıq daha da yaxşılaşmışdır. Ölkəmiz 9 Avropa İttifaqı ölkəsi ilə strateji əməkdaşlıq müqaviləsi bağlamışdır. Digər ölkələrlə də əlaqələr yaxşılaşdırılır. Litva da belə ölkələr siyahısındadır. Güclü siyasi əlaqənin olması ölkələri bir-birinə daha da yaxınlaşdırır. Rusiya-Ukrayna müharibəsi Aİ ölkələrinin enerji təhlükəsizliyinə təhdid yaratmışdır. Onlar alternativ enerji mənbələri axtarırlar. Azərbaycan bu baxımdan etibarlı tərəfdaşıdır. Ölkəmizin enerji təminatı 100%-dir. Digər ölkələrdə ixrac potensialımız vardır. 18 may tarixində Azərbaycan-Litva biznes forumunda bu məsələlər müzakirə olundu. Faydalı, uzunmüddətli əməkdaşlığın əsası qoyuldu.

 

Zərdab rayonYuxarı Seyidlər kənd tam orta məktəbin direktoru – Qabil Məmmədov