Tarix şəxsiyyətlər yetişdirir. Şəxsiyyətlər də tarix yaradır. Dühalar isə doğulur. Onların missiyaları xilaskarlıq olur – tarixin, dövlətin və millətin xilaskarı missiyası.
Müstəqil Azərbaycan Respublikasının sosial sahələrinin, o cümlədən, Azərbaycan səhiyyə sisteminin, tibb elmi və tibb təhsili sistemlərinin yaradılmasının 100 illik tarixlərinin ayrı-ayrı mərhələlərini təhlil etdikdə aydın nəzərə çarpır ki, bu sistemlər sadəlikdən mürəkkəbliyə, primitivlikdən aliliyə, müstəmləkəçilikdən müstəqilliyə doğru böyük bir inkişaf yolu, böyük bir yüksəliş yolu keçibdir. Belə yüksəlişin ən mühüm, ən sürətli və ən keyfiyyətli inkişafının tarixin solmaz səhifələrinə qızıl hərflərlə həkk olunan mərhələsinin məhz ümummilli lider dahi Heydər Əliyevin adı ilə bağlı olması əlavə kəlməyə ehtiyac duyulmayan aydın həqiqətlərdəndir. Gözlərimiz önündə şərəflə yaşanan ömrünün 35 ilə yaxın bir dövründə Azərbaycana rəhbərlik edən, onun ən parlaq yaradıcısı, qurucusu, ilhamverici qüvvəsi olan, bəşərilik zirvələrini fəth edərək əbədiyaşarlıq rəmzinə çevrilən ulu öndər Heydər Əliyev bütövlükdə Azərbaycan Respublikası ilə birlikdə həm də Azərbaycan səhiyyəsinin, Azərbaycan tibb elmi və tibb təhsili sistemlərinin ən möhtəşəm memarı, yaradıcısı, qurucusu, dinamik inkişafının tənzimləyicisi kimi şüurlara, yaddaşlara əbədi həkk olunub.
Azərbaycanın ümummilli lideri Heydər Əliyevin doğum günüdür. Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə,Zərdab rayon Heydər Əliyev parkında tədbir keçirilib.İlk öncə Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilərək,önünə gül dəstələri düzülüb,əziz xatirəsini ehtiramla yad edilib.



























































